AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Ölkə çempionatında mövsümün sonun az qalıb. Hazırkı durumla bağlı nə söyləmək olar?
- Bir tərəfdən sevindirici haldır ki, sona yaxın gərgin oyunların şahidi oluruq. Ancaq sona 4-5 tur qalmış Avroliqaya vəsiqə qazanan komandaların bəlli olması rəqabətin istənilən kimi olmamasından xəbər verir. Demək olar ki, tutduğu mövqe də daxil olmaqla bütün mükafatçılar bəllidir. Yalnız ölkə kubokunun sahibinin hansı komanda olacağını gözləyirik. Buna baxmayaraq, bəzi oyunlar hər birimizi sevindirir. Həmişə rəaqbətli çempionat olmağına çalışmışıq.
- Çempionat doqquz komanda ilə keçirildi. Artıq bəzi klublarımızın da gələn mövsüm iddialı olacağı inandırıcı görünmür. Belə olan halda rəqabətdən necə danışa bilərik?
- Bu xoşagəlməz hallar hər birimizi narahat edir. İnanaq ki, bu problemlər ümumi işimizə, seçilən strategiyamıza mənfi təsir etməyəcək. Ümid edirik ki, dövlət tərəfindən futbola olan dəstək sona qədər davam edəcək və klublarımızın bu promlemləri həllini tapacaq. Hər birimiz çalışırıq ki, daxili çempionatın səviyyəsini aşağı düşməsin. Bununla da ümumi futbolumuz inkişaf etsin, güclü milli komandamız formalaşsın.
- Milli komandanın formalaşması üçün gərgin və rəqabətli çempionatımız olmalıdır ki, o da bizdə yoxdur.
- Bəli, hər şey klublardan başlayır. Klublarda düzgün iş aparılsa, çempionatın səviyyəsi də yüksək olacaq. Çempionatımız birbaşa milli komandaya təsir edir. Bunlar bir-birinə zəncirvari bağlıdır. Klublarda gedən proseslər müsbət həll olunmalıdır ki, gələcəyə ümidlə baxaq. Son dövrlər çempionatımız 10 komandadan ibarət sistemlə keçirilir. Bu vahid sistemi qoruyub saxlamalıyıq.
- Hazırda futbolumuzda ən böyük problemlərdn biri bölgə klublarını yüksək liqaya çıxa bilməməsidir. Premyer Liqamız Bakı birinciliyinə bənzəyir. Sizcə, bu problemin kökü hardadır?
- Sözsüz ki, bizi ən çox narahat edən məsələ budur. Məşqçilər Komitəsi olaraq bütün regionlarımızda futbolun durumu ilə yaxından maraqlanırıq. Bir çox bölgələrimizdə futbola çox ciddi yanaşırlar. Bütün bunlar mütləq bəhrəsini verəcək. Hər zaman futbolumuz bölgələrdən gələn oyunçuların sayəsində canlanır. Tək Bakıda yox, digər şəhərlərimizdə də futbol inkişaf etdirilməklə yaxşı milli komandaya sahib ola bilərik.
- Məşqçilər Komitəsinin çətin durumda olan klublarımızla bağlı hansısa təklifləri varmı, yoxsa bu artıq klubların özlərindən asılıdır?
- Klublarımız müstəqildirlər. Onların özlərində peşəkarlıq olmalıdır ki, məlum çətinliklərlə üzləşməsinlər. Bu olan halda heç bir problem yaranmayacaq. Mən onun tərəfdarıyam ki, güclü olan klub Premyer Liqada oynasın.
- "Qəbələ"nin ardıcıl səkkiz oyunda qələbə qazanması sizi təəccübləndirdi?
- Təəccüblənmədim. Çünki "Qəbələ"nin heyəti bütün komandalardan güclüdür. Son oyunlar da bunu sübut etdi. Yeni baş məşqçiyə zaman lazım idi. Roman Qriqorçuk bu vaxtdan səmərəli istifadə etdi. Klub rəhbərliyinin işini alqışlamaq lazımdır ki, baş məşqçiyə lazım olan qədər vaxt verdilər. Yəni uğursuz zolağa düşən zaman müxtəlif addımlar atıla bilərdi. Ancaq rəhbərlik komanda ilə birgə oldu. Bu da müsbət sonluqla nəticələndi. Hələ mövsümün əvvəllərindən görürdük ki, "Qəbələ"də çatışmayan yalnız nəticədir. Hesab edirəm ki, "Qəbələ" çempionata rəng qatan, istənilən rəqibi ilə rəqabət aparan bir komanda olacaq.
- Son zamanlar "Neftçi"də müşahidə olunan enişi klubda baş verən dəyişiklilərlə əlaqələndirmək olar?
- "Neftçi"nin əsas problemi seleksiya işində idi. Futbolçular zədələnəndə və yaxud cəzalı duruma düşəndə baş məşqçi çətin vəziyətdə qalır, çıxış yolu tapa bilmir. Baş məşqçi Arif Əsədov son oyundan sonra keçirdiyi mətbuat konfransında bildirdi ki, bəzi futbolçular "Neftçi"yə layiq futbol sərgiləmir. Yəqin ki, yaxın gələcəkdə "Neftçi" bu səhvlərini düzəldəcək. Bu gün "Neftçi"də Müşahidə Şurasının yaradılması onu göstərir ki, dünyada gedən proseslərdən geri qalmırıq. Klubun bir deyil, bir neçə nəfərin marağı üçün çalışması ancaq müsbət hal kimi qiymətləndirilməlidir. Düzdür, bu, bizdə ilk addımdır. Ona görə də müəyyən çətinliklər ortaya çıxacaq. Ancaq inanıram ki, bu dəyişikliklər özünü doğruldacaq və digər klublar da bu addımı atmaqla futbolumuza canlanma gətirəcək.
Ramiq AĞAMƏMMƏDOV
Modriçdən yeni uğur
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə