"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun yarımfinalında iki oyunun nəticəsinə görə "Neftçi"yə uduzaraq mübarizəni dayandırdıqları cavab matçından sonrakı jestləri ilə diqqət çəkib.
Qol.Az-ın futbolpress.az saytına istinadən yaydığı məlumata görə, daim əsəbi və aqressiv hərəkətləri ilə gündəmə gələn gürcüstanlı mütəxəssis məğlubiyyətə baxmayaraq, dünən daha sakit və təmkinli görünüb.
O, matçdan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov, daha sonra rəqib futbolçularla görüşərək onları finala çıxmaları münasibəti ilə təbrik edib.
Mövsümün sonunda "İnter"dən ayrılaraq işini Gürcüstan yığmasında davam etdirəcək K.Sxadadzenin oyunun hakimlərinə təşəkkür etməsi də diqqətdən yayınmayıb. Azərbaycanda çalışdığı 6 mövsümün ardından getmək ərəfəsində olan Sxadadzenin bu jestləri vida təəssüratı oyadıb.
Qeyd edək ki, 2009-cu ildən "İnter"i çalışdıran K.Sxadadze ilk mövsümündə komandasını Azərbaycan çempionu edib. 46 yaşlı mütəxəssis eyni zamanda iki dəfə çempionatın gümüş, iki dəfə də bürünc medallarına yiyələnib.
Yuxarı
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil