“Qəbələ”nin ukraynalı yarımmüdafiəçisi Aleksey Qay Azərbaycan Premyer Liqasının 30-cu turunda “Neftçi”yə qalib gəldikləri oyundan (3:1) müsahibə verib.
Qol.Az həmin müsahibəni təqdim edir
- “Neftçi”ni məğlub etməklə “Qəbələ” ardıcıl 7-ci qələbəsini qazandı.
- Qələbə qazanmaq hər zaman xoşdur. Göstərdiyimiz oyun önəmli deyil. Əsas olan 3 xalı qazanmaqdır. Buna da nail olduq. Artıq növbəti oyunları düşünməliyik.
- Necə düşünürsən, vurduğun qolda “Neftçi”nin qapıçısının səhvi böyük idi?
- Bunun əhəmiyyəti yoxdu. Qapıçının səhvi məni maraqlandırmır. Əsas olan odur ki, komandama kömək edə bildim.
- Ardıcıl qələbələrdən sonra “Qəbələ”nin Avroliqaya çox yaxın olduğunu söyləmək mümkündür?
- Hələ tezdir. Çempionatın sonuna çox var. Əksinə, deyərdim ki, komandada çatışmayan cəhətlərimiz mövcuddur. Onların üzərində işləməliyik. Oyun keyfiyyətimizi artırmaq üçün daha çox çalışmalıyıq.
- Komandada nə dəyişdi ki, “Qəbələ” ardıcıl yeddi qələbə qazandı?
- Konkret hansı komponentdə dəyişiklik olduğunu söyləmək çətindir. Məncə, biz gücümüzə inanmağa başladıq. Bu uğurda təbii ki, baş məşqçinin də rolu var. Komanda artıq özünə inanır. Bu da ardıcıl qələbələr qazanmaqda bizə yardımçı olur.
- Düşünmək olar ki, kubokda “Simurq”dan alınan böyükhesablı məğlubiyyət “Qəbələ”nin lehinə işlədi?
- Biz bu günlə yaşayırıq. Keçmişdəki məğlubiyyətləri artıq unutmuşuq. Təbii ki, uğursuz oyunlardan nəticə çıxarmışıq. Gələcək oyunlara optimist yanaşırıq.
- “Qəbələ” ilə müqavilən mövsümün sonunda başa çatır. Artıq yeni sözləşmə barədə rəhbərliklə aranızda söhbət olub?
- Bu haqda danışıq yoxdu. Mən də beynimi belə suallarla yormuram. Mövsümün sonuna hələ vaxt var. İlk növbədə hazırkı müqaviləmi başa vurmalıyam. Yalnız mövsüm yekunlaşdıqdan sonra gələcək barədə fikirləşmək olar.
Mənbə: Futbolxeber.az
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə