Əsədov əsəbləşdi: "Yerli məşqçiləri qaralamısınız" (VİDEO)

Əsədov əsəbləşdi: "Yerli məşqçiləri qaralamısınız" (VİDEO)
ÖLKƏ FUTBOLU 19 Aprel 2015 / 12:45 5413
-  A +

“Neftçi”nin baş məşqçisi Arif Əsədov "Qəbələ"yə məğlub olduqları oyundan (1:3) sonra keçirdiyi mətbuat konfransında ona ünvanlanan suala əsəbləşib.

Qol.Az-ın məlumatına görə, jurnalistin “Vəli Qasımovun “Neftçi”yə idman direktoru təyin olunması sizi narahat etmir ki” sualı Əsədovu özündən çıxarıb.

Baş məşqçi media nümayəndələrini yerli məşqçilərə dəstək olmamaqda günahlandırıb: “Biz hələ Vəlini görməmişik. Niyə onun təyinatına narahat olmalıyam ki? Gəlin, reallıqdan danışaq. Hələ ki, mən vəzifəmin başındayam. Yerli məşqçilərimizə çox təzyiq edirsiniz. Cəmi 2-3 yerli məşqçimiz var ki, onları da qaralamısınız”.
 
A.Əsədovun bəzi fikirlərinin videogörüntüsünü təqdim edirik.

Video: supersport.az



Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?