Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gələn "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov Qol.Az saytının suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu vurduğu qoldan, komandasının uğurlu seriyanı davam etdirməsindən danışıb.
- Səfərdə "Neftçi"yə qalib gəlməklə Premyer Liqada ardıcıl 7-ci qələbənizi qazandınız...
- “Neftçi” ilə oyuna çox yaxşı hazırlaşmışdıq. Bilirdik ki, oyun çətin keçəcək. Bu komanda heç vaxt asan rəqib olmayıb. Buna baxmayaraq əlimizdən gələni etdik və qələbə qazandıq. Bu qələbə həmçinin turnir cədvəlində üçüncülük uğrunda mübarizəni də kəskinləşdirdi. Biz artıq yalnız 3-cü yer uğrunda mübarizə aparacağıq. Bunun üçün şansımız çoxdur.
- Bu matçda da fərqlənməyi bacardın. Karyeranın ən məhsuldar mövsümünü keçirirsən...
- Düzdür, qol vurduğum və bu uğura imza atdığım üçün çox xoşbəxtəm. Amma belə vacib matçlarda kimin fərqlənməyi önəmli deyil. Əsas komandanın qələbə qazanmasıdır. Bunu da bacardıq.
- Keçirdiyiniz son oyunlarda “Qəbələ”nin bu qədər uğurlu çıxış etməsinin səbəbi nədir?
- Biz hər zaman komanda şəklində oynayırıq. İstər hücumda, istərsə də müdafiədə qapıçıdan tutmuş hücumçuya kimi hər bir futbolçu iştirak edir. Yəni komanda bir futbolçunun üzərində qurulmayıb. İlk dönəmlərdə də belə uğurlu çıxış etməyə çalışırdıq. Gec də olsa, bu oyun sisteminə uyğunlaşa bildik.
- Necə düşünürsən, mövsümün əvvəlində də belə oyun sərgiləsəydiniz, “Qəbələ” çempion ola bilərdi?
- Mövsümə uğursuz başladıq. Ancaq bu komandada olan dəyişikliklərdən irəli gəlirdi. Həm baş məşqçi, həm də komandada olan yeni futbolçular bir-birinə uyğunlaşa bilməmişdi. Artıq bu problemlər aradan qaldırılıb. Göründüyü kimi “Qəbələ” bu gün artıq Premyer Liqanın ən iddialı klublarından biridir. “İnter” də ilk dövrəyə yaxşı başlamamışdı. Amma sonradan toparlana bildilər. Biz də eyni problemlə qarşılaşdıq. Lakin onlardan fərqli olaraq gec toparlandıq. Yenə də hər şey qaydasında olduğu üçün şadıq.
- Avropanın aparıcı futbol ölkələrində oyunlar adətən həftəsonları keçirilir. Azərbaycanda isə matçların vaxtında tez-tez dəyişikliklər olur. Bu sizə necə təsir edir?
- Azərbaycan Premyer Liqasında mübarizə aparan komandaların sayı digər ölkələrə nisbətən azdır. Ona görə də eyni komanda ilə mövsümdə bir neçə dəfə qarşılaşmalı oluruq. Bunun yaxşı və pis tərəfləri var. Oyunların həftənin müxtəlif günlərində keçirilməsinə gəlincə, bu heç bir komanda üçün problem yaratmır. Çünki matçların sıx qrafiklə keçirilməsi bizə müsbət təsir göstərir. Ən azından oyun praktikamız aşağı düşmür.
- Növbəti turda “Xəzər Lənkaran”la səfər matçınız var. “Qəbələ”nin öz meydanı ilə müqayisədə səfərdə daha yaxşı oynadığını nəzərə alsaq, bu matçdan nə gözləmək olar?
- Lənkaran səfəri hər zaman çətin keçib. Qarşıdan gələn oyunun da ağır olacağını bilirik. Amma bu səfərdən də 3 xalla dönəcəyimizə inanırıq. Hər matç bizim üçün finala bərabərdir. Ona görə də bütün qarşılaşmalara qələbə üçün çıxırıq ki, bacardığımız qədər turnir cədvəlində irəliləyək.
Ergün SEYİD
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı