"Neftçi" klubunun futbolçusu Mirhüseyn Seyidov Azərbaycan kubokunun yarımfinal mərhələsinin "İnter"lə ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb
Qol.Az-ın məlumatına görə, qalib gəldikləri oyun (2:0) haqda danışan kapitan kubok mübarizlərindən də bəhs edib
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Meydan sahibi kimi bizə qələbə daha çox lazım idi. Düzdür, hələ hər şey həll olunmayıb. Ancaq cavab matçında da belə oynasaq, finala vəsiqə qazana bilərik.
- Rəqib komandanın penalti tələb etdiyi epizod haqda nə deyə bilərsən?
- Bu haqda heç nə deyə bilmərəm. Əgər orda penalti olsaydı belə, hər halda hakimin qərarına hörmətlə yanaşmalıyıq. Hakim penalti vermədisə, buna bir söz demək düzgün olmaz.
- Yəqin ki, eyni epizod rəqib qapısı yanında olsaydı, siz hakimdən penalti tələb edərdiniz.
- Ola bilər. Hamı öz komandsı üçün sərfəli qərar istəyir.
- "Neftçi" rəqibdən daha istəkli görünürdü. Bunu klubdakı son rəhbər dəyişikliyi ilə bağlamaq olar?
- Xeyr, dəyişikliyin o qədər də təsiri yoxdur. Özümüz dərk edirik ki, çempionatın finişinə az qalıb. Ən azı Avroliqaya vəsiqəni təmin etməliyik. Bunun üçün ən yaxın yolumuz kubokdur. Çalışırıq ki, biz də bir kubok qazanaq. İstəkli olmağımızın səbəbi odur ki, artıq çempionatın sonuna az qalıb. Yüksək yerlərdən birini tutmalıyıq.
- Oyundan sonra Çingiz Abdullayev sizə nə dedi?
- Bizi təbrik etdi. Komandada hər şeyin yaxşılığa doğru getdiyini söylədi. Müşahidə Şurasının üzvləri sağ olsunlar ki, həmişə bizə dəstək verirlər.
- Matç başa çatdıqdan sonra azarkeşlərdən biri forma almaq üçün sənə yaxınlaşdı, amma polis onu kobud şəkildə uzaqlaşdırdı. Adətən futbolçular azarkeşlərin könlünü almaq üçün məsələyə müdaxilə edir. Sən niyə belə jest etmədin?
- Mən polisə dedim ki, uşaqla işin olmasın. Ancaq həmin azarkeş məndən formamı yox, kapitanlıq sarğısını istəyirdi. Mən də ona bildirdim ki, hələ qarşıda oyunlarımız var (gülür).
- Premyer Liqanın növbəti turunda "Qəbələ" ilə keçiriləcək oyun haqda nə düşünürsən?
- Getdikcə oyunlar ağırlaşır. "Qəbələ" ilə oyun da həlledici matçlardan biridir. Rəqiblə xal fərqimizi daha da artırmağa çalışacağıq.
- "Qəbələ"nin son altı turda qalib gəlməyi sizi qorxutmur ki?
- Qətiyyən çəkinmirik. Özünüz də gördünüz ki, öz meydanımızda yaxşı oyun nümayiş etdiririk. Rəqibdən asılı olmayaraq, hər oyunda qələbə qazanmağa hazır heyətimiz var. Çalışacağıq ki, azarkeşlərimizi yenə sevindirək.
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək
Rusiya millisi ilə oynamaqdan imtina etdilər
Xavi millinin baş məşqçisi ola bilər
UEFA "Benfika"nın şikayətini rədd etdi
"Şəfa"dan 8 qollu qələbə - Video
Premyer Liqa klubları cərimələndi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Sabir Allahquliyevdən 150-ci oyunda 70-ci qol
Mövsümün matçına hazırsınız? - Video
Caner Erkin intizamsızlığına görə klubdan göndərildi
Azərbaycan millisi Moldovaya qalib gəldi
Azərbaycan idmançılarının Olimpiya medalları dəyişdirilir
"Şəfa"dan qol yağışı
Ançelotti Neymarı milliyə çağırmaqdan imtina etdi
Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi
Azərbaycan klubu ev oyunlarını bu stadionda keçirəcək
1-ci liqada 15 oyunun vaxtı məlum oldu
Gün gələcək, "Qarabağ" onları çırpacaq...
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı
Azərbaycan cüdoçuları Avropa kubokunda
AFFA nümayəndələri UEFA-nın seminarında
"Bodo-Qlimt"in baş məşqçisi sensasiyadan danışdı
Azərbaycandan 4 klub o siyahıdadır - Son 5 ilin reytinqi
Azərbaycanlı Zidan erməniyə qalib gəldi
Bugünkü avrokubok oyunlarını yayımlayacaq kanallar
ÇL tarixində ilk - 6 ingilis klubu 1/8 finalda
Kamilo Duran bunu bacaran 2-ci kolumbiyalı oldu
"İmişli" kolumbiyalı futbolçu transfer etdi - Rəsmi
Azərbaycan çempionatında 250-ci avtoqol
UEFA “Qarabağ”lının qol ötürməsini fərqləndirdi - Video
"İnter"in baş məşqçisi "Bodo-Qlimt"ə məğlubiyyətdən danışdı
Milanda sensasiya - Video
"Qarabağ"ın ÇL-dəki vida oyunu - Video
Zubir: "Əsl "Qarabağ"ı göstərmək istədik"