"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev yenidən qalmaqallı açıqlamalar verib.
Qol.Az-ın məlumatına görə, “Space" telekanalında yayımlanan "Qol" verilişinin qonağı olan mütəxəssis cari mövsümün əvvəlində "Neftçi"nin "Araz Naxçıvan"a qəsdən uduzduğunu deyib.
O dövr “Neftçi”də baş məşqçi işlədiyini xatırladan Hacıyev məğlubiyyətin (0:3) səbəbini belə izah edib: "Mən 15 il kapitanlıq sarğısını daşıdığım komandanı məğlub edə bilməzdim. Bunu etiraf edirəm. Elə o səbəbdən də "Araz Naxçıvan"la oyun üçün Naxçıvana getmədim. Mən futbolçularıma deməmişdim ki, "Araz Naxçıvan"a uduzun. Ancaq qəsdən ora ikinci heyəti göndərmişdim. Həmin futbolçular da bilirdilər ki, mən 15 il "Araz Naxçıvan"ın kapitanı olmuşam. Yenə deyirəm ki, mənə bu qədər doğma olan komandaya qalib gələ bilməzdik. Bu gün də hərəkətimə görə peşman deyiləm".
"Neftçi"də Müşahidə Şurasının yaradılmasına da münasibət bildirən Hacıyev Çingiz Abdullayevin "Neftçi"yə rəhbərlik etməsini düzgün hesab etmədiyini bildirib: "Neftçi" bütün uğurlarına görə, Sadıq Sadıqova borcludur. İkinci dəfə bu kluba onun kimi prezident gəlməyəcək. Çingiz Abdullayevə böyük hörmətim var. O, çox yaxşı yazıçıdır. Dedektiv janrda çox gözəl əsərləri var. Ancaq futbol da bir elmdir. Artıq futbol oyun çərçivəsindən çıxıb. İnsan gərək hansı işə girişdiyinə fikir versin. Çingiz Abdullayevin "Neftçi"ni necə idarə edəcəyini zaman göstərəcək".
Yamal zədələndi
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı