"Çətin və maraqlı oyun keçdi. Daha çox qol vurmaq üçün şansımız oldu. Amma bunların cəmi birindən yararlana bildik".
Bu sözləri Qol.Az-a "Qarabağ"ın futbolusu Leroy Corc Azərbaycan kubokunun yarımfinal mərhələsində "Simurq"a 1:0 hesabı ilə qalib gəldikləri ilk görüşdən sonra deyib.
Hollandiyalı oyunçu bildirib ki, meydana sonradan daxil olmasına baxmayaraq komandasının uğur qazanması üçün əlindən gələni edib:
“Simurq” yaxşı rəqibdir. Düzgün mübarizə aparmağı bacaran komandadır. Sevinirəm ki, qalib gələn tərəf biz olduq".
L.Corcun sözlərinə görə, cavab qarşılaşmasında da onları çətin oyun gözləyir:
"Üstünlüyümüzü qorumaq üçün əlimizdən gələni edəcəyik. Amma bu, asan olmayacaq. Çünki bizim “Simurq”la həm kubokun cavab qarşılaşmasında, həm də çempionatda ardıcıl matçlarımız var. İndidən heç nə demək olmaz. Amma hər iki kuboku qazanmaq istəyirik. Çempion olma üçün də imkanlarımız çoxdur. Buna baxmayaraq bu barədə danışmaq hələ tezdir. Son oyuna kimi bizim çətin yolumuz var".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı