"Kubok oyunları hər zaman fərqli olur. İlk matçda yaxşı nəticə əldə etməlisən ki, cavab qarşılaşmasında üstün tərəf olasan. Qələbə qazandığımız üçün sevinirəm".
Bu sözləri Qol.Az-a "Qarabağ"ın futbolçusu Muarem Muarem Azərbaycan kubokunun yarımfinalında "Simurq"la qalib gəldikləri görüşdən (1:0) sonra deyib.
Makedoniyalı yarımmüdafiəçi qeyd edib ki, Zaqatala təmsilçisi ilə ikinci oyun çətin keçəcək:
"Çalışacağıq ki, cavab qarşılaşmasına yaxşı hazırlaşaq. Çünki ardıcıl olaraq bir komandayla 3 oyun keçirmək biraz çətindir".
M.Muaremin sözlərinə görə, suni meydançada oynamaları onlar üçün problem olmamalıdır:
"Qumda da oynasaq, qalib gəlməliyik".
M.Muarem onu da qeyd edib ki, baş məşqçi Qurban Qurbanovun qərarı ilə oyuna sonradan daxil olub: "Baş məşqçimizə hörmət edirik. Oyuna daxil olanda bizə təlimatlarını verdi və buna uyğun oynadıq".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı