“Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev ölkə kubokunun yarımfinal mərhələsinin “İnter”lə görüşünün fasiləsində jurnalistlərin suallarını cavablandırıb.
- Bugünkü iclasda hansı qərarlar qəbul olundu?
- Bir sıra məsələlər müzakirə olundu. “Neftçi”də Müşahidə Şurası yaradılandan sonra iki nəfəri işə götürmüşük. Bunlar Dmitri Kramarenko və Vəli Qasımovdu. Hamımızın tanıdığı əfsanəvi Sergey Kramarenkonun oğlu qapıçılar məktəbində çalışacaq. Dünyada ən tanınmış azərbaycanlı futbolçulardan biri Qasımov isə idman direktoru olacaq. Bu adamlar mənim qohumum və tanışlarım deyil. Onlar peşəkarlardı və istəyirik “Neftçi”də çalışsınlar. Hesab edirəm onlar bu vəzifələrin öhdəsindən gələcəklər. Hələlik bununla bağlı qərar verilməyib. Ancaq biz Şurada bununla bağlı ilkin razılığa gəlmişik.
- Dmitri Kramarenko qapıçılar məktəbi layihəsində AFFA ilə əməkdaşlıq eləmək istəyirdi...
- Bu baxımdan heç bir problem olmayacaq. AFFA əsmiləri və baş katib Elxan Məmmədov da burdadı. Biz “Neftçi”də qapıçılar üçün məktəb yaratmaq istəyirik və Kramarenko bizimlə işləyəcək. Təbii ki, federasiya ilə də əməkdaşlıq edəcəyik.
- “Neftçi”yə gələnlər məlumdu, bəs gedənlər kimlər olacaq?
- Mən indidən kimlərin gedəcəyini deyə bilmərəm. Çünki hələ mövsümün sonuna vaxt var. Gəldiyim gündən demişəm ki, kimlər qalacaq, kimlər gedəcək müzakirələrdən sonra bilinəcək. İndidən kiminsə adını çəksəm düzgün olmaz.
- Baş məşqçi məsələsi ətrafında söz-söhbətlər artıb...
- Bu mövzu gündəmdə deyil. Bunu məndən Lənkəranda da soruşdular. Mən bunu bilmirəm, siz harda bilirsiz?
- Demək olar ki, bu mövsüm "Neftçi"nin yalnız kubok qazanmaq şansı qalıb. Əgər bu alınmazsa, Arif Əsədovla bağlı planda dəyişiklik gözlənilir?
- İstəyirəm kuboku qazanaq. Lənkəranda mənə sual verdilər ki, oyun 2:2 hesabla bitdi, siz necə bu oyunla kuboku qazanacaqsız? Orda biraz utandım, cavab verə bilmədim. İndi Bakıdayam, istəyirəm həmin jurnalistə cavab verim – ay qardaş, siz heç yarımfinala çıxmamısız. Heç olmasa soruşanda bir saz insafınız olsun da.
- Klubun İsmət Qayıbov stadionundakı bazasının durumu nə yerdədi?
- Hazırda maliyyə vəziyyəti ağırdı. Bu, təkcə SOCAR-da yox, hər yanda belədi. Bunu anlamaq olar, qarşıdan Avropa Oyunları gedir. Amma inanıram ki, biz həmin bazanı tikib qutaracağıq. Bugünkü baza bizi qane eləmir və edə də bilməz. “Neftçi” birinci komandadırsa, onun bazası da yaxşı olmalıdı. Məsələn, “Xəzər Lənkəran”ın bazasından xoşum gəldi. Orda demək olar ki, hər cür şərait var.
- Futbolun inkişafında televiziya mühüm rol oynayır. Bizdə isə televiziya kanallarında daha çox şou proqramlar göstərilir. Sizin bunu dəyişməyə gücünüz çatacaqmı?
- Mən ermənilərə necə qalib gələcəyimizi bilirəm. Onlar 25 ildi torpaqlarımızı işğal edib, səngərdə gözləyirlər ki, gec-tez azərbaycanlıların insafı olmalı, gəlib torpaqları almalıdılar. Kanallarda isə heç nə yerində deyil. Bizdə ancaq səhərdən axşama musiqi çalınır, oynayırlar, yoğun arvadlar bişirib-yeyirlər. Bir dəfə də olsun orda normal kitabın təbliğatını görməmişəm. Ancaq kimi şou-biznesi, restoranları reklam edirlər.Mən şadlıq evlərinin əleyhinə deyiləm, qoy olsun. Amma istəyirəm ki, normal şeyləri də təbliğ eləsinlər. Heç olmasa idmanı, futbolu reklam eləsinlər. Baş nazirin müavini mənə zəng edir ki, necə olur, televiziyada "Neftçi"ni görə bilmirəm. Bilmirəm ona nə deyim, bu vəziyyəti dəyişməliyik.
Mənbə: Futbolpress.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər