Bu gün “Hilton” otelində Avropa Peşəkar Futbol Liqaları Birliyi (EPFL), Avropa Klublar Birliyi (ECA), Peşəkar Futbol Liqası (PFL) və Azərbaycan Premyer Liqasının ECA təşkilatına üzv olan 4 klubu – “Neftçi”, “Xəzər Lənkəran”, AZAL və “Bakı” klublarının nümayəndələrinin iştirakı ilə geniştərkibli toplantı keçirilib.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iki mərhələdən ibarət olan toplantının ilk mərhələsində EPFL nümayəndəsi Jair Emanuel Bertoni və Peşəkar Futbol Liqasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev sözü PFL prezidenti Ramin Musayevə verib.
R. Musayev çıxışı zamanı bir sıra məsələlərə toxunub: "Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə futbolun inkişafına dair dövlət proqramı imzalayıb. Həmin proqrama əsasən müxtəlif tədbirlər həyata keçirilir. Etiraf edim ki, biz futbol ölkələri kimi tanınan dövlətlərin təcrübəsindən yararlanmağa çalışırıq. Bu mənada, biz Avropa Peşəkar Futbol Liqaları Birliyinə üzv olmaqdan məmnunuq.
Əlavə edim ki, Peşəkar Futbol Liqası 2008-ci ildə yaradılıb və keçən müddət ərzində inkişafa nail olmuşuq. Hazırda Premyer Liqamız Avropa ölkələrinin reytinqində 29-cu pillədə qərarlaşıb. Çalışırıq ki, daha yüksək pillələrə qalxaq”.
Öz növbəsində çıxış edən Jair Emanuel Bertoni Azərbaycanda olduğundan fəxr hissi duyduğunu ifadə edərək, ilk dəfə olduğu Bakını bəyəndiyini vurğulayıb. Səlahiyyətli şəxs bildirib ki, Peşəkar Futbol Liqasının gördüyü işlərdən xəbərdardır. J.E. Bertoni Avropa Peşəkar Futbol Liqaları Birliyinə daxil olan 31 qurum arasında münasibətlərin qurulmasının və daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Nahar fasiləsindən sonra isə tədbirə Avropa Klublar Birliyinin nümayəndəsi Vouter Lambrext və yuxarıda adları qeyd olunan klubların nümayəndələri qatılıblar. Tədbirdə “Neftçi” icraçı direktor Elnur Məmmədov, “Xəzər Lənkəran” menecer Elvin İsmixanov, “Bakı” prezident müşaviri Nəriman Mehdiyev AZAL isə vitse-prezident Fikrət Hüseynovla təmsil olunub. Tədbirin ikinci hissəsində isə daha çox klub-futbolçu münasibətlərindən danışılıb və problemlərin həlli yolları göstərilib.
Tədbirin sonunda Ramin Musayev qonaqlara xüsusi hədiyyələr təqdim edib və onları Azərbaycan kubokunun finalına dəvət edib.
Yuxarı
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu