"Neftçi"nin prezidenti istefa verdi

"Neftçi"nin prezidenti istefa verdi
ÖLKƏ FUTBOLU 30 Mart 2015 / 14:25 6410
-  A +

Bu gün “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verib.

Qol.Az-ın yaydığı özəl məlumata görə, yaxın vaxtlarda istefanın səbəbləri haqda S.Sadıqovun özünün açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.  Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

Daha çox


Son xəbərlər