"Qarabağ"da dedilər, Ermənistana uduzsan, geri qayıtma" – Aqolli

"Qarabağ"da dedilər, Ermənistana uduzsan, geri qayıtma" – Aqolli
ÖLKƏ FUTBOLU 26 Mart 2015 / 15:46 10254
-  A +

"Azərbaycanlılar da bilir ki, "Qarabağ"da oynadığımdan bu matç mənim üçün önəmlidir. Xüsusi bir oyun olacaq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın və Albaniya millisinin futbolçusu Ansi Aqolli "Avro-2016"nın seçmə mərhələsində Ermənistanla qarşılaşacaqları matç haqqında danışarkən deyib.

Albaniya mətbuatına açıqlamasında təcrübəli müdafiəçi bu matçın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Qarabağ"da mənə deyildi ki, uduzsan, geri qayıtma. Təbii ki, bu, zarafatdır. Biz sonuncu dəfə erməniləri məğlub etdikdə klub prezidenti mənə mükafat verdi. Düşünürəm ki, bu dəfə də qalib gələcəyik və mən yenə mükafatlandırılacam”.

Qeyd edək ki, Albaniya – Ermənistan matçı martın 29-da keçiriləcək.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord