“Qəbələ”nin braziliyalı futbolçusu Rikardinyo Premyer Liqamızın 26-cı turunda “İnter”ə qalib gəldikləri oyundan (2:1) sonra Qol.Az-ın suallarını cavablandırıb
- Qələbəni necə şərh edə bilərsən?
- Çox yaxşı oyun oldu. Komanda şəklində yaxşı mübarizə apardıq. Matçın sonunda isə qələbə qolu vurduq.
- Azərbaycana gəldiyin vaxtdan ilk dəfədir əsas heyətdə oynamağına baxmayaraq, matçın ən yaxşılarından idin.
- Bu göşüşdə səhvsiz oynadığımı düşünmürəm. Çünki hər bir futbolçunun səhvi olur. “İnter”in vurduğu qol zamanı bir az irəli çıxsaydm, oyundan kənar vəziyyət ola bilərdi və rəqibin qolu hesaba alınmazdı. Məncə, bu, mənim matçda ən böyük səhvim idi.
- “Qəbələ”nin cari mövsüm ən son transferisən. Komandaya uyğunlaşa bilmisənmi?
- Komandamızda yaxşı futbolçular var. Hesab etmirəm ki, ən önəmli futbolçulardanam. “Qəbələ”nin hər bir futbolçusu uğur qazanmaq üçün mübarizə aparır. Bu futboldur, hər zaman istədiyin alınmır. Uyğunlaşmağa gəldikdə isə, ilk oyun idi ki, meydanda sona kimi mübarizə apardım. Düşünürəm ki, pis alınmadı. Bəzən oyunda Cavid Hüseynovu başa düşə bilmirəm. Hərdən elə olur ki, ona topu düzgün ötürə bilmirəm. Bunun üzərində bir az işləmək lazımdır.
- Azərbaycana gələn bəzi legionerlər bizim çempionatdakı uzun müddətli fasilədən təəccüblənirlər. Sən nə düşünürsən?
- Düzü, mən birinci dəfədir belə şey görürəm. Adətən, çox yerdə mövsümün sonunda çempionatda uzunmüddətli fasilə olur. Amma belə fasilənin olması bir tərəfdən yaxşıdır ki, komandamız istirahət edə bilir və ailəmizi görə bilirik.
Ergün SEYİD
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür