Qurban Qurbanov "Sumqayıt" üzərindəki qələbədən danışdı

Qurban Qurbanov "Sumqayıt" üzərindəki qələbədən danışdı
ÖLKƏ FUTBOLU 18 Mart 2015 / 18:31 4883
-  A +

“Maraqlı oyun alındı. Düzdür, ilk hissədə qapalı futbol gedirdi, amma ikinci hissədə maraqlı bir oyun alındı".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turunda "Sumqayıt"a qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

"Düşünürəm ki, “Sumqayıt”a qarşı səfərdə oynamaq həmişə ağır olub. Buna baxmayaraq, vacib 3 xalımızı qazandıq” - deyə Q.Qurbanov əlavə edib.

Daha çox


Son xəbərlər