Futbol üzrə Avropa Liqasında Azərbaycanın "Qarabağ" və İtaliyanın "İnter" komandaları arasında keçirilmiş oyunun yan xətt hakimi Ondrjey Pelikan UEFA-dan növbəti təyinat alıb.
Qol.Az-ın "Report" informasiya agentliyinə istinadən yaydığı xəbərə görə, UEFA Hakimlər Komitəsi Pelikanı 17 - 30 iyunda Çexiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının hakimləri siyahısına daxil edib. O, qitə birinciliyinin oyunlarında ehtiyat hakim funksiyalarını yerinə yetirəcək 2 yerli hakimdən biri olacaq.
Qeyd edək ki, 2014-cü il dekabrın 11-də "Qarabağ" - "İnter" matçının 90+4-cü dəqiqəsində Riçard Almeydanın vurduğu qol məhz Ondrjey Pelikanın işarəsindən sonra sayılmayıb. Pelikan həmin vaxt ofsayd olduğunu bildirib. Nəticədə, baş hakim Miroslav Zelinka qolu ləğv edib və oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib. "Qarabağ"ın şikayətindən sonra hakimlər briqadasının cəzalandırılacağı gözlənilirdi.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı