“İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Asif, ardıcıl üç oyunda vacib qollar vuraraq “İnter”in qələbələrində böyük pay sahibi oldun. Əvvəlcə bu uğurlu çıxışından danışaq.
- Özüm də çox sevinirəm ki, xeyli fasilədən sonra qollar vurmağa başladım. Qarşıda daha çətin oyunlarımız var. Bundan sonra tək mən yox, bütün komandamız ikiqat güc sərf etməlidir. Yəqin ki, qollarımın ardı gələcək. Üç qol vurub dayanmaq fikrim yoxdur.
- Qeyd etdiyin kimi, bir müddət əvvəl meydana az-az çıxırdın. Bu, zədə ilə bağlı idi, yoxsa mövqeyində olan güclü rəqbətdən irəli gəlirdi?
- Açığı, komandamızda rəqabət də güclüdür. Həm də zədədən sonra formadan düşmüşdüm. İkiqat artıq çalışmalı idim ki, meydana çıxa bilim. Mənim mövqeyimdə xeyli güclü futbolçu var. Ona görə də oyununla seçilməlisən ki, baş məşqçi sənə şans versin. Mən də zəhmətimin bəhrəsini gördüm. Məncə, üzərimdə çox işlədiyim üçün son oyunlarda qol vururam.
- Səncə, əas heyətdəki yerini qaytara bilmisən?
- Mən baş məşqçiyə heç vaxt demərəm ki, məni də oynat. Məşqçinin öz fikri, taktikası var. Sabah heyətdə istənilən dəyişiklik ola bilər. Bəzən baş məşqçimiz oyunun gedişini dəyişmək üçün məni sonradan meydana buraxır. Bəzən də əsas heyətdə oluram. Hər halda daima üzərimdə işləyirəm ki, meydanda olanda komandama maksimum fayda verim.
- Əvvəlki formanı bərpa etmisən?
- Hələ ki, tam formamı yığa bilməmişəm. Biraz da çalışmalıyam.
- Əvvəlki illərdən fərqli olaraq bu mövsüm “İnter”in bir neçə futbolçusu millidə görürük. Asif Məmmədovun da millidə oynamaq vaxtı çatıbmı?
- Mən də özümü millidə görürəm. Ancaq bununla iş bitmir. Gərək Prosineçki dəvət etsin ki, mən də oynayım. Millimizin məşqçiləri oyunumu izləyir. Hər halda məni bəyəniblərsə, millidən kənarda qalmayacam. Dəvət etməsələr də ruhdan düşməli deyiləm. Əksinə, düşünməliyəm ki, hansı çatışmazlığıma görə məni çağırmadılar? Bunu dərk edib bir qədər də çox çalışmalıyam. Malta ilə qarşılaşmadan sonra da millimizin oyunları var. Malta ilə oyun üçün də Prosineçkidən mənə dəvət gələ bilər. Ancaq dəvət olunmasam, qətiyyən ruhdan düşməyəcəm. Millimizin bütün yaş qruplarında oynamışam. Yalnız əsas yığmamızda çıxış etmək qismət olmayıb. Çox istərdim ki, əsas millimizin də formasını geyim.
- Belə davam etsən, yəqin ki, Prosineçki buna biganə qalmaz.
- Təki elə olsun. Prosineçki yerli futbolçulara üsyünlük verir. Foqts ən yaxşı formada olduğum vaxtlarda da məni milliyə çağırmadı. Görək, Prosineçki necə edəcək. Yəqin ki yaxşı olar.
- Sabah Premyer Liqamızın növbəti turunda “Qəbələ” ilə qarşılaşacaqsınız.
- Bizi çox ağır oyun gözləyir. Çünki “Qəbələ”nin kuboka olan ümidləri puç olub. İndi bütün fikirlərini çempionata yönəldiblər. Rəqib əvvəlki oyunlardan iki dəfə artıq qüvvə sərf edəcək. Ancaq biz də çempionluğa oynayan komandayıq. Öz meydanımızda xal itirmək istəmirik. Qələbə qazanmalıyıq. Qalib gəlib azarkeşlərimizə Novruz bayram hədiyyəsi etmək istəyirik.
- Bayramdan söz düşmüşkən, bu gün ilaxır çərşənbədir. Tonqal üzərindən atlana biləcəksən?
- Bayram keçirməyə vaxtımız yoxdur. Hazırda oteldəyik. Bu gün ancaq oyuna hazırlıq gedir. Sabah qələbə qazansaq, bizim bayramımız onda olacaq. Tonqal üzərindən tullanmağa da şərait yoxdur. Ötən il bayramı öz bazamızda keçirdik. Həmin vaxt tonqal da qalamışdıq. Ancaq indi oteldə olduğumuz üçün belə bir imkanımız yoxdur. Biz nə vaxt qalib gəlsək, bizə bayramdır.
Ramiq AĞAMƏMMƏDOV
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi
Musiala bu gün əməliyyat ediləcək
"Liverpul"un mövsümöncəsi məşqi təxirə salınıb
“Real” 23 illik rekordu yenilədi
Messi yenə rəqibi bir-birinə qatdı - Video
"Bavariya"da 756-cı - sonuncu oyun
Ayağı qırılan Musiala neçə ay oynamayacaq?
"Araz-Naxçıvan"ın rəqibi "Anderlext"lə qarşılaşdı
PSJ "Bavariya"ya belə qalib gəldi - Video
“Qalatasaray”a transferi gərçəkləşmək üzrədir
PSJ və "Real" yarımfinalda
Azərbaycan güləşçisi Avropa çempionu oldu
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi