“İnter”lə oyuna çox yaxşı hazırlaşmışıq. Fikrimiz yalnız qələbə qazanmaqdır. Səfər matçında 3 xal qazanmağa köklənmişik. Kollektiv oyun nümayiş etdirib, meydanda vahid komanda kimi mübarizə aparsaq, bunu bacararıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 27-ci turunda "İnter"lə görüşöncəsi klubun saytına dəyib.
O, komanda yeni formalaşdığını bildirib:
"Bu üzdən bizə zaman lazım idi. Bizim də kifayət qədər vaxtımız olub. Artıq hər şey sabitliyə doğru gedir. İndiki mövqeyimizdən razı deyilik. Bunu düzəltmək üçün qələbələr qazanmalıyıq. Çempionatın son 3 oyununda qalib gəlmişik. “İnter”lə oyunda bu seriyanın daha uzunmüddətli olması üçün çalışacağıq".
C.Hüseynov onu da deyib ki, hazırda bütün fikirlərini çempionata yönəldiblər:
"Düzdür, çempionatla yanaşı, kubokda da uğurlu çıxış edib, finala qədər irəliləmək istəyirdik. İndi bütün fikrimizi çempionata yönəldəcəyik. Çünki avrokuboklara yolumuz yalnız Premyer Liqadan keçir. Hər matça qələbə üçün çıxıb, 3-4-cü yerlər uğrunda mübarizə aparacağıq”.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq