"Yenidən milliyə dəvət aldığım üçün şadam. Yığmada daha öncə 3 oyun keçirmişəm. Bundan sonra da milliyə çağırılmaq üçün çalışacam. "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanmaq şansımız hələ də qalıb. Bunun üçün sonadək mübarizə aparmalıyıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri yenidən Bosniya və Hersoqovina yığmasına dəvət alan "Qarabağ"ın qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlamasında deyib.
"Qarabağ"ın qolkiperi gələn mövsüm komandasının avrokuboklarda güclü olduğunu sübut edəcəyinə inandığını bildirib: "Ötən mövsüm "Qarabağ"la Azərbaycan çempionu oldum və Avropa Liqasının qrup mərhələsində oynadım. Bizim daha da irəliləmək şansımız var idi. Lakin hakimin yanlış qərarı buna mane oldu. Biz yenidən Premyer Liqada çempionluğun astanasındayıq. Bu yolda komandanın bir parçası olmaq istəyirəm. Gələn mövsüm Avropada güclü olduğumuzu sübut edəcəyimizə və Çempionlar Liqasının qrup mərhələsində oynayacağımıza inanıram".
26 yaşlı qokiper "Qarabağ"dakı gələcək karyerasına da aydınlıq gətirib: "Mersin İdmanyurdu" klubunda çətin günlər keçirdikdən sonra Azərbaycana, peşəkarlardan təşkil olunmuş komandaya keçdim. "Qarabağ"da çox təkmilləşdim və bundan məmnunam. Təkliflər almışam. Ancaq "Qarabağ"la üç illik müqaviləm var və bütün diqqətimi bu komandaya yönəltmişəm. Mövsümün sonunda təkliflər olsa, "Qarabağ" rəhbərliyi görüşəcəm və özüm üçün ən doğru qərarı verəcəm"
"Ayaks"dan gedir
Mbappe zədələndi
"Real" ona qiymət qoydu
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
De Liqt 5 aydan sonra qayıtdı
Türkiyənin məşhur brendi “Qarabağ”ın tərəfdaşı oldu - Şəkil
Finalın nominal meydan sahibi məlum oldu
Kapitan "Zirə"də qalacaq? - "Danışığımız olub"
AFFA rəsmisi UEFA-nın tədbirində