Dünən keçirilən Rusiyayla oyunun qəhrəmanlarından biri, millimizin qapıçısı Kamran Ağayev Qol.Az-a müsahibə verib.
- Kamran, ilk növbədə səni dünənki oyun münasibətilə təbrik edirik.
- Niyə təbrik edirsiniz? Bəyəm biz udmuşuq?
- Udmasaq da, hər halda bu heç-heçəni qələbəyə bərabər hesab etmək olar.
- Mən belə düşünmürəm. Elə həmişə belə fikirləşmişik ki, qabağa gedə bilmirik də.
- Amma nəzərə al ki, dünənki rəqibimiz dünyanın ən güclülərindən biri idi...
- Orası elədir. Amma biz də insanıq, onlar da. Onların da iki ayağı, iki əli var, bizim də. Nəyə görə biz heç-heçəyə sevinməliyik? Əksinə, mən üzülürəm ki, dünən qələbə qazana bilmədik. Rəqibimiz kim olur-olsun, biz yalnız qələbə haqda düşünməliyik. Bu halda inkişaf etmək olar. Hamı milliyə, qələbəyə inanmalıdır. Yoxsa heç-heçəyə sevinmək...
- Oyundan qabaq belə bir fikir səsləndirmişdin ki, məhz ruslarla oyunda bilinəcək futbol oynaya bilirik, ya yox. İndi necə düşünürsən, biz futbol oynaya bilirik?
- Biz hələ futbol oynamaq istəyirik. Bunu reallaşdırmaq üçün isə zamana ehtiyacımız var.
- Oyunun əvvəlində sanki bir qədər əsəbi idin...
- Yox, əsəbi deyildim. Sadəcə olaraq oyunqabağı son məşqdə bir qədər yoruldum. Bu, mənə qaranlıq qaldı. Çünki ömrümdə birinci dəfə idi ki, belə halla qarılaşırdım. Heç özüm də bilmirəm, niyə belə oldu. Yəqin ki, yorğunluqdan irəli gəlirdi.
- Bəlkə ardıcıl oyunlardan, məşqlərdən sonra fiziki cəhətdən problem yaranıb?
- Yox, heç bir problem yoxdur. Mən hələ cavanam, oynamağa, məşq etməyə tam gücüm var. Gündə 3 dəfə məşq edirəm və özümdə qətiyyən yorğunluq hiss etmirəm.
- Foqts deyir ki, azərbaycanlı futbolçular 4 günə iki oyun keçirməyə “çatdırmırlar”...
- Başqalarını deyə bilmərəm, amma mən 1 həftəyə 3 oyun da keçirə bilərəm. Özü də necə lazımdırsa. Çünki gücümə bələdəm. Bunu lovğalıq kimi başa düşməyin. Problem yalnız psixoloji cəhətdən ola bilər. Çünki futbol fərdi yox, komanda idman növüdür.
- Dünənki oyunun əvvəlində bir-iki epizodda səhvə yol verdin. Bu haqda nə deyə bilərsən?
- Nə deyim, vallah? Futboldur da, olur. Mən guya istəyirdim ki, səhv buraxım? Amma insanıq da. Robot deyilik ki. Biz də səhv edə bilərik. Amma bir var ki, qorxa-qorxa oynayıb, səhv edəsən, bir də var ki, rahat şəkildə, özünə arxayın oynayıb, səhv edəsən. Şükür Allaha ki, heç nədən qorxmuruq, çəkinmirik.
- Oyunun əvvəlində bəzi səhvlərə yol versən də, qarşılaşmanın sonunda penaltini dəf etməklə qəhrəmana çevrildin.
- Yox, nə qəhrəman? Neynəmişəm ki, mənə qəhrəman deyirsiniz?
- Penaltini qaytarmaq, özü də o cür anda - az işdir?
- Bu, mənim işimdir. Məni qapıya qoyublar ki, qol buraxmayım. Ona görə də penaltini qaytarmalıyam da. İcazərə verməliydim ki, topu qapıdan keçirsinlər? Əgər topa elə-belə baxacaqdımsa, onda məni niyə qapıya qoyurdular? Elə gedib, qarpız satanı gətirib, qoyardılar da mənim yerimə. Ona görə mən qeyri-adi heç nə etməmişəm.
- Artıq ikinci dəfədir ki, penaltini dəf edirsən.
- Hə, keçən dəfə də Uelslə oyunda qaytarmışdım. Amma yenə də deyirəm, bunda qeyri-adi heç nə yoxdur. Mən işimi görmüşəm, vəssəlam.
- Ümumiyyətlə, məşqlərdə penaltilər üzərində xüsusi işləyirsən?
- Məşqlərdə tək penalti üzərində yox, hər şey üzərində xüsusi işləyirəm.
- Kamran Ağayevə penaltidən qol vurmaq həqiqətən də çətindir?
- Nə bilim... Amma hər halda Ağasəlim Mircavadov kimi Azərbaycan futboluna möhürünü vuran bir məşqçi məni əlavə vaxtın son saniyələrində penaltilər üçün meydana buraxırsa, deməli “qabımda” nəsə var.
- Dünən oyunun gedişində rusiyalı azarkeşlərin özbaşınalığı nəticəsində tribunalarda xoşagəlməz hadisələr yaşandı. Bu amil oyununuza təsir göstərdi?
- Sözün açığı, mən bütün fikrimi oyuna yönəltmişdim və həmin anları görmədim. Amma bu gün səhər televizorda baxdım və çox pis oldum. Ruslar bir daha dünənki hərəkətləriylə əsl simalarını göstərdilər.
- Cari seçmə mərhələni millimiz üçün uğurlu hesab etmək olar?
- Yalnız o baxımdan uğurlu hesab etmək olar ki, gənclərə daha çox yer verilir. Belə davam edəcəyi halda 2-3 ildən sonra millidən uğurlu nəticə gözləmək olar.
- Bəs nəticə baxımından?
- Hər halda bundan əvvəl elə olub ki, millimiz daha zəif komandalarla bir qrupda yer alıb, amma daha az xal toplayıb.
- Qeyd etdin ki, 2-3 il vaxta ehtiyac var. Amma nəzərə al ki, vaxtdan əlavə həm də Foqts millidə qalmalıdır. Çünki başqa məşçi gələcəyi halda, heyətdə dəyişiklər olması mümkündür.
- Mənim işim baş məşqçi haqda danışmaq yox, futbol oynamaqdır. Bu haqda isə qoy, lazımı şəxslər düşünsünlər. Mən vətənim üçün əlimdən gələni etməyə hazıram. Lap sabah müharibə olsun, əlimə silah alım, gedim vuruşum. Onsuz da bütün ömrümüzü vətənimiz üçün sərf edirik. Hərə öz bacardığı kimi. Mən ailənin tək oğlu olmuşam, amma uşaq yaşlarından evimi tərk edib, gəlib Bakıda yaşamışam. Nə üçün? Yaxşı futbolçu olub, Azərbaycana xidmət etmək üçün.
- Kamran, xarici klubların maraq dairəsində olduğun deyilir.
- Mən bu haqda danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, “Xəzər Lənkəran”ın futbolçusuyam və bu komandanın uğuru üçün bütün gücümlə çalışıram.
- Bu aydındır, amma heç olmasa de ki, Rusiya, Türkiyə klublarından təklif almısan, ya yox?
- İndi nəsə desəm, deyəcəklər ki, özünü reklam edir. Təklif tək mənə yox, istənilən futbolçuya olur.
- Sonda azarkeşlərə sözün.
- Mən Azərbaycan xalqından üzr istəyirəm. Üzr istəyirəm ki, dünən qapımda qol gördüm. Mən Azərbaycan torpağında qol buraxmağa öyrəşməmişəm. Buna görə də bütün xalqımızdan üzr istəyirəm. Təəssüf ki, mən qol buraxdım. Üzr istəyirəm ki, cari seçmə mərhələdə onları elə də çox sevindirə bilmədik. Bir də onu demək istəyirəm ki, xahiş edirəm, kimlərsə zəhmətimizə kölgə salmasın. Bəziləri deyir ki, nə bilim oyun danışılmışdı, ruslar bütün gücləriylə oynamırdılar və s. Amma bütün bunlar yalandır. Mən ruslara düşmən gözüylə baxıram. Onlarla hansısa danışıqdan söhbət gedə bilməz. Biz çıxıb, kişi kimi futbol oynamışıq. Əziyyətimizi yerə vurmayın.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı