Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) standart vəziyyətlər zamanı cərimə meydançasında futbolçular arasında yaşanan mübarizə epizodları ilə bağlı qaydalara dəyişiklik etməyi nəzərdən keçirir.
QOL.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Hazırkı qaydalara əsasən, top oyuna daxil edilməzdən əvvəl futbolçular arasında baş verən itələmə, forma dartma və digər mübarizə halları əksər hallarda qayda pozuntusu kimi qiymətləndirilmir. Bu səbəbdən künc və cərimə zərbələri zamanı oyunçular tez-tez rəqiblərinə qarşı bloklama və saxlamalardan istifadə edirlər.
Məsələyə marağı İngiltərə Premyer Liqasının 36-cı turunda keçirilən “Vest Hem” – “Arsenal” oyunundakı epizod artırıb. Həmin görüşdə meydan sahiblərinin vurduğu qol cərimə meydançasındakı mübarizəyə görə ləğv edilmişdi.
Mənbənin məlumatına görə, IFAB mümkün dəyişiklikləri növbəti mövsüm ərzində müzakirə edəcək. Yeni yanaşmalarla bağlı ilkin müzakirələrin artıq payızda başlaması gözlənilir.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi