Uğursuz seriyalara son qoyulacaqmı?

Uğursuz seriyalara son qoyulacaqmı?
ETOPAZ 22 Noyabr 2014 / 18:23 3699
-  A +

Azərbaycanın yeganə virtual mərc oyunları dileri olan www.etopaz.az saytının şənbə proqramı həmişəki kimi maraqlı qarşılaşmalarla zəngindir. Proqramdakı 200-ə yaxın matçdan üçünə isə xüsusi status verilib. Bu qarşılaşmalara "tək oyun" kimi mərc etmək olar.

İlk "təkli oyun" saat 21-də başlanacaq "Qalatasaray"-"Trabzonspor" matçıdır. Əzəli rəqibi "Fənərbaxça" ilə liderliyi bölüşən "Cim-Bom" üçün xal itkisi yolverilməzdir. Onsuz da trabzonlular 2011-ci ilin aprelindən bu yana 8 oyundur "Qalatasaray"a qalib gələ bilmir. Hərçənd inadkar və mübariz qaradənizlilər bu axşam uğursuz ənənəyə son qoya bilər.

www.etopaz.az saytının bu prinsipial qarşılaşma üçün təklif etdiyi əmsallar belədir: "Qalatasaray"ın qələbəsi 1.65, heç-heçə 3.5, "Trabzonspor"un qələbəsi 3.9. İstanbuldakı qarşılaşmanın startından yarım saat sonra - saat 21:30-da isə İngiltərə premyer liqasında maraqlı oyun başlayacaq. "Arsenal" öz meydanında "Mançester Yunayted"i qəbul edəcək.

Sonuncu dəfə "Mançester Yunayted"ə 2011-ci ilin mayında qalib gələn "Arsenal" bu axşam "tilsimi" sındırmağa çalışacaq. www.etopaz.az saytının bu "təkli oyun" üçün müəyyənləşdirdiyi əmsallar belədir: "Arsenal"ın qələbəsi 2.0, heç-heçə 3.3, "Mançester Yunayted"in qələbəsi 2.9. Matça həm də canlı mərc etmək olar. Bu zaman əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.

Günün daha bir "təkli oyun"u isə İtaliya A seriyasının saat 23:45-də başlanacaq "Latsio"-"Yuventus" görüşüdür. Bu duellə bağlı ortada maraqlı statistika var. İtaliya Kuboku matçlarında "Yuventus"a bir neçə dəfə qalib gələn "Latsio" A seriyası görüşlərində "Qoca Sinyora"nı 2003-cü ildən bu yana uda bilmir. Seriyanın davam edib-etməyəcəyi axşamkı matçda biləcəyik.Əmsallar:"Latsio"nun qələbəsi 3.5, heç-heçə 3.2, "Yuventus"un qələbəsi 1.8.

Təklif bizdən, dəyərləndirmək sizdən. www.etopaz.az saytında yeni kampanıyanın start götürdüyünü də xatırlatmaq yerinə düşər. Artıq tutmayan kuponlar da sizə müəyyən qazanc gətirə bilər. Bir şərtlə ki, hər kuponda minimal pul qoyuluşu 10 manat olmalıdır. Bu halda "yanmış kupon"a yatırılan pulun 10%-i geri - sizin hesabınıza ödəniləcək. Belə fürsəti qaçırmaq olmaz. Oynayın və qazanın!!!

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır