"Şərdir, böhtandır" - "Neftçi" rəsmisi

"Şərdir, böhtandır" - "Neftçi" rəsmisi
GÜNDƏM 30 Oktyabr 2014 / 14:03 5131
-  A +

"Neftçi" klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə "Turan"ın sabiq futbolçusu Valeri Onilenin 5 il öncə "Neftçi"yə oyunu necə vermələri barədə açıqlamasına münasibət bildirib.

Klub rəsmisi Qol.Az saytına açıqlamasında Valeri Onilenin dediklərini iftira adlandırıb:

"O dövrdə "Neftçi"nin indiki rəsmilərindən heç biri klubda çalışmırdı. Bu haqda bir söz deyə bilmərəm. Hər halda bunlar şərdir, iftiradır. Həmin futbolçunun cəsarəti vardısa, o dövrdə bu sözləri deyərdi.  Hər Azərbaycandan gedən futbolçunun dediyi sözə inanmalıyıq? Ümumiyyətlə, hər bir böhtana münasibət bildirmək lazım deyil. Bu məntiqlə gərək 1970-ci illlərdə hansısa futbolçunun verdiyi açıqlamaya da münasibət bildirək".

Qeyd edək ki, "Turan"ın sabiq futbolçusu Valeri Onile "moldfootball.com"a müsahibəsində "Turan"ın 2009-cu il dekabrın 5-də keçirilmiş oyunda "Neftçi"yə qəsdən uduzduğunu nəql edib

Daha çox


Son xəbərlər