"Sürətli oynamaq lazım idi. Hücumda cəld oynamalı və bütün meydanboyu rəqibə boş sahə verməməyə çalışdıq. Bu, Avropa klublarına xas oyun üslubudur".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Ukrayna kubokunun 1/8 final mərhələsində "Volın"la cavab matçından (4:0) sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində evdə məğlub olduqları "Qarabağ"la oyuna da toxunub: "Oyundan öncə Kiyevdə ot örtüyünün sulanmağını xahiş etdik, lakin istəyimiz qəbul olunmadı. Məğlubiyyətin yeganə səbəbinin bu olduğunu demirəm. Ancaq futbolda belə kiçik amillər də nəticəyə təsir edir. Bbazamızda hər məşqdən öncə meydança sulanır. Belə olanda oyun sürətli gedir, topla rahat davranmaq olur".
Qeyd edək ki, "Dnepr" öz meydanında "Qarabağ"a 0:1 hesabı ilə uduzub.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar