Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Dnepr" klubunun futbolçusu Segey Kravçenko oyunla bağlı fikirlərini bildirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2005-ci ildə "Qarabağ"da çıxış edən təcrübəli futbolçu sabiq komandasının zəif rəqib olmadığını bildirib:
- Sergey, yarımmüdafiə xətti niyə belə pis oynadı?
- Ümumiyyətlə oyunumuz alınmadı. Məğlubiyyət üçün oynadığımızı söyləmək olmaz. Oyunumuz plan üzrə getmədi. Komandanın oyununu mövqelər üzrə təhlil etmək istəmirəm. Bütün komanda həm müdafiədə, həm hücumda oynadı. Lakin alınmadı, üstəlik qol da buraxdıq. Hesabı açdıqdan sonra "Qarabağ" müdafiəyə çəkildi. Belə müdafiəni yarmaq çətindir.
- Baş məşqçiniz Miron Markeviç bildirib ki, siz qələbə qazanmaq istəyində rəqibə məğlub oldunuz. Bu fikirlə razısan?
- Bilmirəm, kənardan belə görünə bilər. Bu matçın bizim üçün önəmli olduğunu bilirdik. Qələbə qazanmaq istəyimiz var idi. Lakin alınmadı. İndi başqa şeylər danışıla bilər. Ancaq biz doğma meydanda 0:1 hesabı ilə uduzduq. Əgər başqa nəticə qeydə alınsaydı, indi fərqli şeylər danışırdıq.
- Azərbaycan təmsilçisi Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazandı. Bu, sizin üçün utancvericidir?
- Əlbəttə, qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. "Qarabağ"ı məğlub etməliyikdik. Baxmayaraq ki, onlar heç də zəif komanda deyil.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı