"Qarabağ" topu saxlamağı və əsasən yerdən oynamağı bacaran komandadır. Müdafiəçiləri də çox texnikalıdır. Onlar müdafiədən hücuma çox sürətlə çıxmağı bacarırlar. "Komandada yaxşı atmosfer var"
Qol.Az-ın məlumatına görə, bu sözləri Millimizin sabiq futbolçusu və “Sumqayıt”ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov Ukrayna mətbuatına müsahibəsində deyib.
Təcrübəli futbolçu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində bu gecə qarşılaşacağı "Dnepr"ə məğlub olmayacağını bildirib: "Dnepr"in oyunlarını müxtəlif turnirlərdə izləmişəm. Fikrimcə, "Qarabağ" "Dnepr"ə məğlub olmayacaq. "Qarabağ" yaxşı komandadır. Hazırda "Dnepr"in daha güclü olduğunu düşünmürəm.
"Qarabağ"da Riçard Almeyda və Reynaldo aparıcı rol oynayır. Reynaldonu "Ayntraxt" (Almaniya) və "Zalsburq" (Avstriya) klubları transfer etmək istəsələr də, komanda futbolçunu buraxmadı. Həmçinin millinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovu da qeyd etmək lazımdır. Oyun planında çox güclü futbolçudur. Qapıçılar İbrahim Şehiç və Fərhad Vəliyev də yaxşı təsir bağışlayırlar. Hər ikisi sabit çıxış edir və beynəlxalq təcrübələri var. Təbii ki, turnirdə mübarizəni davam etdirmək üçün "Dnepr"ə bu görüşdə qələbə qazanmaq lazımdır. Ancaq "Qarabağ" klubu da qarşıya qoyulan vəzifəni yerinə yetirməyə çalışacaq".
Qeyd edək ki, bu gün keçiriləcək "Dnepr" - "Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı