Avropa Liqasının qrup mərhələsinin III turunda sabah axşam "Qarabağ"ı qəbul edəcək "Dnepr" klubunun futbolçusu Sergey Kravçenko qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2005-ci ildə "Qarabağ"da çıxış edən təcrübəli futbolçu sabiq komandası ilə oyunların çətin keçəcəyini bildirib.
- Bioqrafiyanda "Qarabağ"da çıxış etdiyin yazılıb...
- Həmin vaxtdan 9 il keçib. Komanda tamamilə dəyişib. Mən oynadığım heyətdən yalnız bir futbolçu qalıb. Hazırkı komandanın gücü haqda nəsə demək çətindir. Biz rəqibi hərtərəfli analiz etməmişik. Bunu bu gün və sabah edəcəyik.
- "Qarabağ"ın Azərbaycan futboluna xas oynadığını düşünürsən?
- Bilmirəm. Komandada əsas rolu braziliyalılar oynayırlar. Ümumiyyətlə, cənub ölkələrinin təmsilçiləri topla oynamağı sevirlər. Sıx oynamağı xoşlamırlar. Ancaq bu, təkcə Azərbaycan futboluna xas deyil.
- Şübhəsiz ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması onlar üçün uğurdur. İndi onlar təkcə evdə deyil, səfər oyunlarında da bu uğurun davamını gətirməyə çalışacaqlar...
- Əlbəttə. Mən onların "Sent-Etyen"lə Bakıdakı oyunlarını izlədim. Həmin görüşdə onların xeyli imkanları oldu. Əminəm ki, "Qarabağ"la oyunlarımız asan olmayacaq.
- Qafqaz təmsilçiləri evdə və səfər matçlarında fərqli oyun nümayiş etdirirlər. Bu nəzərə alınacaq?
- Bilmirəm. Bu suala sabah cavab verə bilərəm. Hazırda isə biz çətin oyuna və qələbəyə köklənmişik. Görək, necə alınacaq.
- "Qarabağ"la bağlı hansı xatirələrin var?
- Yalnız xoş xatirələrim var. İlk 4 turda mənə 3 qol vurmaq nəsib oldu. Həmin qollardan birini "Neftçi"nin qapısına vurmuşdum. Komanda yoldaşlarım da məni yaxşı qarşılamışdılar. Məşqçilərin mənə olan etimadını hiss edirdim. Hətta mətbuatda mənim Azərbaycan millisində oynamağım müzakirə olunurdu. Bir ay ərzində Azərbaycan pasportu ala bilərdim.
- Niyə razılaşmadın?
- Çünki uşaqlıqdan doğma vətənim, Ukrayna yığmasında oynamağı arzulayırdım. Bir dəfə bu barədə müsahibəmdə bildirdim və yerli jurnalist kiçik qeydində "Qarabağ"dan Ukrayna yığmasına necə dəvət almaq olar?" sualı ilə müraciət etmişdi.
- Bakıda qalırdınız?
- Bəli. Komanda paytaxt Bakıda məskunlaşmışdı. 2005-ci ildə Bakı məni heyran etmişdi. İndi isə oranın möhtəşəm şəhər olduğunu söyləyirlər.
- Hazırda sabiq komandanla əlaqən varmı?
- Həmin vaxtdan indiyə kimi bir nəfər çalışır. O, əvvəllər mətbuat katibi idi. İndi isə komandanın aparıcı meneceridir. Onunla yaxınlarda danışmışıq. Futbolçulardan yalnız biri ilə müdafiəçi (əslində yarımmüdafiəçi – red.) Namiq Yusifovla əlaqəm qalıb.
- Dediyin kimi, gündəlik həyatında da problem olmayıb. Kabab bişirməyi öyrənmişdin?
- Yox. Öyrənmədim (gülür). Əvəzində Azərbaycanın milli meyvəsi olan narı xoşladım.
- Məşhur Qarabağ atını necə, sürə bildin?
- Təəssüf ki, bu mənə qismət olmadı. Çünki biz kənddə yox, Bakıda yaşayırdıq. Orada əməlli-başlı at görmədim.
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı