Messi Ronaldoya çatdı

Messi  Ronaldoya çatdı
GÜNDƏM 22 Oktyabr 2014 / 01:58 5807
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Ayaks”la görüşdə (2:0) fərqlənən Lionel Messi üçün vurduğu qol əlamətdar olub.

Qol.Az-ın məlumatına görə, ÇL-da  69-cu dəfə fərqlənən argentinalı hücumçu  qol sayını Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldoya çatdırıb.

İndi hər iki futbolçu sözügedən turnirdə 69 qola imza atıb. 

Qeyd edək ki, ÇL-da ən çox qol vuran “Real”ın sabiq hücumçusu Raul Qonzalesdir. İspaniyalı futbolçu qitənin bir nömrəli klub turnirində 71 dəfə fərqlənib.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq