Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları dünyanın ən yaxşı iki futbolçusu - Kriştiano Ronaldo və Lionel Messi üçün əlamətdar ola bilər.
Qol.Az-ın məlumatına görə, hər iki futbolçu vuracağı qollarla "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesin rekordunu təkrarlaya bilər.
Raul 71 qolla Çempionlar Liqasının ən məhsuldar futbolçusu siyahısına başçılıq edir. Ronaldo ÇL-də 69, Messi isə 68 qola imza atıb. Bu gün və sabah keçiriləcək oyunlarda Ronaldo het-trik, Messi isə poker edəcəyi təqdirdə Raulun rekordunu yeniləmiş olacaq. Bu iki futbolçudan hansının rekordu yeniləyəcəyi maraq doğurur.
Qeyd edək ki, "Barselona" bu axşam öz meydanında "Ayaks"la, "Real" (Madrid) klubu isə səfərdə "Liverpul"la qarşılaşacaq.
Çempionlar Liqasında ən çox qol vurmuş futbolçular:
1. Raul Qonzales - 142 oyuna 71 qol
2. Kriştiano Ronaldo - 104 oyuna 69 qol
3. Lionel Messi - 87 oyuna 68 qol
4. Rud van Nistelroy - 73 oyuna 56 qol
5. Tyeri Anri - 112 oyuna 50 qol
6. Andrey Şevçenko - 100 oyuna 48 qol
7. Filipo İnzaqi - 81 oyuna 46 qol
8. Didye Droqba - 88 oyuna 42 qol
9. Alessandro del Pyero - 89 oyuna 42 qol
10. Zlatan İbrahimoviç - 103 oyuna 41 qol
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı