Əliyar Ağayev "Qalatasaray" - "Borussiya" oyununda
FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda oktyabrın 22-də, Türkiyənin İstanbul şəhərindəki Esenyurt İncirtepe stadionunda keçiriləcək “Qalatasaray” (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcək.