Azərbaycan milli komandasının yeni baş məşqçisi Mahmud Qurbanovun müsahibəsi
- Yeni təyinat barədə Sizi təbrik edirik. Nə deyə bilərsiniz?
- Yığmada çalışmaq şərəfli, amma çətin işdir. Mənə etimad göstərdikləri, inandıqları və şans verdikləri üçün AFFA rəhbərliyinə minnətdaram. Sizin də dəstəyinizlə əlimizdən gələni edəcəyik ki, Norveçlə noyabrın 16-da keçirəcəyimiz oyundan uğurlu nəticə ilə ayrılaq.
- Yəqin ki, millidə qalıb işləməyinizin Norveçlə görüşdəki nəticədən asılı olduğunun fərqindəsiniz...
- Mən heç bir rəqibdən qorxmuram. Hazırda əsas diqqətimiz Norveçlə oyuna yönəlib. Düzdür, gələcək karyeranı düşünən insanam. Amma bu gün növbəti rəqibi düşünməliyik, yaxşı nəticə, futbol üçün əlimizdən gələni edəcəyik.
- Foqtsun İtaliya və Xorvatiya ilə qarşılaşmalara Mahir Şükürovla Vaqif Cavadovu çağırmaması xeyli tənqid olundu. Sizin necə, onları qaytarmaq planınız var?
- Bu barədə plan qurmamışam. Kim özünü yaxşı tərəfdən göstərəcəksə, çağırılacaq. Xarici çempionatlarda çıxış edən legionerlərimizdən yararlanmaq lazımdır. Bu, xüsusən, klubda oyun praktikası və millidə təcrübəsi olanlara aiddir.
- Bəs onların çıxışlarını yerindəcə izləyəcəksiniz?
- Yəqin ki, legionerlərimizi izləməyə gedəcəyəm. Hələlik qarşıdakı planlarımı tam müəyyənləşdirməmişəm. Dəqiqləşmə olan kimi konkret addımlar atacağıq.
- Foqtsun vaxtında milliyə cəlb olunmuş əcnəbi futbolçuları Siz də yığmaya çağıracaqsınız?
- Həmişə demişəm ki, yığmada yerli futbolçular yer almalıdır. Yenə də fikrimdə qalıram. Onlardan hardasa biri çağırıla bilər. Təyinat yeni olduğundan, hələ bu barədə düşünməmişəm.
- Norveçlə oyunda yaxşı nəticə üçün çalışacağınızı dediniz. Konkret, hansı nəticəni nəzərdə tutursunuz?
- Təbii ki, güclü rəqiblə qarşılaşacağıq. Amma hücum futbolu sərgiləyərək, xal qazanmağı düşünürük. (sportnet.az)
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video