"Araz Abdullayevlə bağlı ciddi tədbir görəcəyik"

"Araz Abdullayevlə bağlı ciddi tədbir görəcəyik"
GÜNDƏM 17 Oktyabr 2014 / 18:33 10069
-  A +

“Oyundan öncə futbolçularla söhbət etmişdik. Oyuna yaxşı köklənməli idik. Çünki “Sumqayıt” ötən il “Neftçi”dən xeyli xal almışdı".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 8-ci turunda qalib gəldikləri "Sumqayıt"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib. 

Araz Abdullayevin əvəzlənməsinə etiraz etməsinə münasibət bildirən təcrübəli mütəxəssis bununla bağlı ciddi tədbir görəcəklərini deyib: "Futbolçulara bildirmişdim ki, rəqibi saymaq lazımdır. “Sumqayıt” ikinci hissədə təzyiqi artırdı. Amma biz dəyişikliklər edib, matçı yenə nəzarətə götürdük.

Flavinyo zədədən yeni qayıdıb. Biz oyundan öncə də bilirdik ki, Flavinyo ancaq bir hissə oynayacaq. Araz Abdullayevin əvəzlənməsinə etiraz etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir görəcəyik”.  

Daha çox


Son xəbərlər