Fernando Santuşun rəsmi debütü

Fernando Santuşun rəsmi debütü
ETOPAZ 14 Oktyabr 2014 / 17:28 3656
-  A +

Bu axşam keçiriləcək 9 qarşılaşma ilə AVRO-2016-nın seçmə mərhələsində 3-cü tura yekun vurulacaq. Gecənin maraqlı görüşlərindən ikisinə www.etopaz.az saytında "tək oyun" olaraq mərc edə bilərsiniz. Belə duellərdən biri Kopenhagendə Danimarka ilə Portuqaliya yığmaları arasında baş tutacaq.

B qrupda kimsənin gözləmədiyi halda Albaniya millisinin sürpriz liderlik etməsi vəziyyəti xeyli qəlizləşdirib. Albanlar 3 gün əvvəl Danimarka ilə heç-heçə oynadı -1:1. Sentyabrda keçirilən seçmə mərhələnin ilk turunda isə səfərdə Portuqaliyaya qalib gəlməklə hamını heyrətləndirmişdi. Həmin şok məğlubiyyətdən sonra portuqalların baş məşqçisi Paulu Bentu istefaya göndərildi. Onun əvəzinə gətirilən Fernando Santuş isə bu axşam Portuqaliya millisində ilk rəsmi matçına çıxacaq.

Düzdür, 3 gün əvvəl Fransa ilə yoldaşlıq oyununa komandanı məhz Santuş çıxarmışdı (həmin görüşdə Portuqaliya 1:2 hesabıyla uduzub). Amma yoldaşlıq oyunu başqa, rəsmi seçmə matç başqa. Portuqaliya kimi Danimarka da seçmə mərhələyə istənilən kimi başlamadığından axşamkı oyunda qələbə hər iki tərəf üçün çox vacibdir. Bu komandalar arasında baş tutan son 6 dueldən 3-də danimarkalılar, ikisində pirineylilər üstün olub, bir qarşılaşmada isə qalib müəyynələşməyib. Bir görüşdən başqa qalan bütün oyunlar "üst" bitib.

Bir sözlə, azarkeşlər bu komandaların ifasında həmişə gözəl futbol izləyib. Görək, müdafiəyəmeylli Yunanıstan yığmasından (eləsə də "Panatinaikos" klubundan) tanıdığımız Fernando Santuş Portuqaliya millisinə də yunan futbolu oynadacaq, yoxsa Ronaldo, Nani, Moutinyo, Almeyda kimi futbolçuların potensialından istifadə edəcək? www.etopaz.az saytının bu "təkli oyun" üçün təklif etdiyi əmsallar belədir: Danimarkanın qələbəsi 2.85, heç-heçə 3.1, Portuqaliyanın qələbəsi 2.1.

Gecənin digər "təkli oyun"u Polşa Şotlandiya matçıdır. Polyaklar 3 gün əvvəlki seçmə görüşdə tarixində ilk dəfə Almaniyaya qalib gəldi. Əgər şərqi avropalılar dünya çempionları üzərində qələbənin eyforiyasından qurtulubsa, bu axşam Şotlandiyanı məlub etməklə qrupda liderliyini möhkəmlədə bilər. Hesabında 3 xal olan şotlandlar da liderliyə can atdığından Polşa millisi üçün matç heç də asan keçməyəcək.

Qarşılaşmaya www.etopaz.az saytında bu əmsallarla mərc edə bilərsiniz: Polşanın qələbəsi 1.7, heç-heçə 3.2, Şotlandiyanın qələbəsi 4.0.
Şansınızı www.etopaz.az saytında sınayın, oynayın və qazanın!!!

Son xəbərlər