Milli komandamızın sabiq kapitanı, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov Qol.Az saytına müsahibəsində yığmamızın "Avro-2016"nın seçmə mərhələsində Xorvatiyaya 0:6 hesabı ilə uduzduğu oyun haqda sualları cavablandırb
- Millimizin dünənki biabırçı məğlubiyyəti haqda fikirlərinizi bilmək istərdik.
- Belə oyun haqda nə danışaq?
- Hər halda deyiləsi sözünüz olar.
- Açığı, bu oyun haqda danışmağa çətinlik çəkirəm. "Qarabağ"ın Avroliqanın qrup mərhələsinə düşməsi, "Neftçi" və "İnter"in mərhələ adlaması Azərbaycan futbolu üçün böyük bir uğur idi. Fikirləşirdim ki, millimiz də bu seçmə mərhələdə daha yaxşı çıxış edəcək. Ancaq son üç oyunda gördük ki, hələ görüləsi işimiz çoxdur. Berti Foqts isə hər məğlubiyyətdən sonra klubları günahlandırır. Niyə klublarımız uğurlu çıxış edir? Milliyə gəldikdə isə komandamız hər dəfə uduzuq? Foqts isə yerli məşqçiləri tənqid edir.
- Foqts millimizin son oyunları ərəfəsində klublarımızı tənqid edib, Premyer Liqanın təqvimindən gileylənib, futbolçuların fiziki cəhətdən çatdırmadıqlarını bildirib. Sizcə, uğursuzluqlar bununla bağlıdır?
- Bəs niyə milli xal qazananda deyirdi ki, hər şey yaxşıdır? Uduzanda isə hər cür bəhanələr gətirir. Bəli, Foqts Avroliqadakı çıxışına görə "Qarabağ"ın çempionat oyunlarının təxirə salınmasını tənqid edir. Əvvəla o, bilməlidir ki, "Qarabağ"ın oyunu Avroliqada yaxşı nəticə qazanmaq üçün təxirə salınır. Bu, bütün dünyada gedən proseslərdən biridir. Bildiyimə görə, "Dnepr"in oyunlarında da "Qarabağ"la görüşlə bağlı müəyyən dəyişiklik edilib. Foqts bir şeyi nəzərə almır ki, Azərbaycanda bir çox oyunlar süni ot örtüyündə keçirilir. Bu cür oyunlardan sonra Avroliqada fərqli meydançalarda çıxış etmək ağırdır. Buna görə də klublarımıza güzəştlər olmalıdır. Foqtsun özünə də artıq yeddi ildir ki, güzəştlər olur. Hər dəfə onun istəyi ilə çempionatda 18-20 günlük fasilə yaranır. Bununla belə o, yenə də klubları tənqid edir. Onu da deyim ki, uğursuz çıxışlarda futbolçular qədər Foqts da günahkardır.
- Ancaq Foqts Xorvatiya ilə oyundan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, məğlubiyyətdə onun səhvi futbolçulardan azdır.
- Foqts deyə bilməz ki, onda günah yoxdur. O, yeddi ildə bizə nə verib? Hər dəfə ümid verir ki, flan turnirə qatılacağıq. Məncə, Foqtsun günahı futbolçulardan az deyil. Yaxasını qırağa çəkməməlidir. Nə biz, nə də AFFA rəhbərliyi milli komandanın məsuliyyətini daşıyırıq. AFFA ona bu qədər şərait yaradırsa, Foqts məğlubiyyətə görə cavab verməlidir. Futbolçularımıza gəldikdə isə İtaliya ilə oyunda bir balaca ruh yüksəkliyi hiss olundu. Ancaq dünənki görüşdə komandamız heç nə ilə yadda qalmadı. Ola bilər ki, İtaliyaya bir top fərqi ilə uduzmağımız onlarda arxayınlıq yaradıb. Futbolçularımız da heç bir bəhanə gətirə bilməz. Onlara hərtərəfli şərait yaradılıb. Bu gün hansısa futbolçumuz nəyisə bəhanə gətirəcəksə, bu, onun acizliyidir. Sadəcə oyuna köklənmək lazımdır. Bəlkə də komandamız düşündü ki, İtaliyaya qol vurduq, deməli, Xorvatiya ilə oyun daha asan olacaq.
- Foqts mətbuat konfransında həmçinin bildirib ki, 6-7 il əvvəl Xorvatiyaya 0:10 hesabı ilə uduzardıq. Bu fikirlə razısınız?
- Son zamanlar görürük ki, Foqts ancaq özünü tərifləməklə məşğuldur. Beş il bundan qabaq da 0:6 hesabı ilə uduzurduq, indi də. Nə fərqi var ki? Foqts nəyi dəyişib ki? Keçmişdən danışmaq lazım deyil. 2000-ci ilin əvvəllərində bəzi klublarımız futbolçularını milliyə buraxmadılar. Heç bundan danışan yoxdur. Biz həmin çətin vaxtlarda oynayırdıq. O dövrdəki uğursuzluğumuz başadüşülən idi. Ancaq indiki şəraitlə bəhanə gətirmək olmaz axı. Foqts yeddi ildə futbolumuzda hansı dönüşü yaradıb ki, ötən illərlə bugünkü futbolumuzu müqayisə edir? Heç 5-6 il bundan qabaq millimiz belə uduzmazdı. Əksinə, daha yaxşı oyun nümayiş etdirərdik. Şahin Diniyev, Karlos Alberto Torres və digərlərinin vaxtında millimiz indikindən yaxşı oynayırdı. Hər seçmə mərhələnin son turlarında komandamız bir az yaxşı çıxış edir. Biz də ümid edirik ki, növbəti seçmə mərhələdə yaxşı olacaq. Ancaq seçmə mərhələ başlayan kimi ardıcıl məğlubiyyətlərlə üzləşirik. Foqtsun kimisə günahlandırmağa ixtiyarı yoxdur. Yeddi il bundan qabaq da uduzurduq. Amma o dövrdə heç olmasa məzmunlu oyunumuz var idi. İtaliya ilə Xorvatiyaya məğlubiyyəti qoyaq qırağa, Foqts çıxsın qabağa, Bolqarıstana məğlubiyyətə görə izahat versin. Onsuz da həmişə azərbaycanlı məşqçiləri günahkar çıxarırlar. Biri gəlib barmaq göstərir, biri söyür, biri təhqir edir. Biz isə göz yumuruq ki, qonaqpərvərik. Foqts kimiləri dünya mətbuatında bizi tənqid, hərdən isə təhqir edir. Bolqarıstana da öz meydanımızda uduzuruqsa, Foqts daha nədən danışır? Onun indiyə kimi bir taktikasını görmədik.
- Dünənki oyunda "taktika"sını gördük. Daima müdafiənin sağ cinahında özünü ən yaxşı tərəfdən göstərən Maksim Medvedyevi dayaq yarımmüdafiəçisi mövqeyində oynatdı. Bundan əlavə maraqlı əvəzetmələrlə də yadda qaldı.
- (gülür) Mən Foqtsun taktikasını başa düşə bilmirəm. Məncə, bu, onun hiyləsidir. O, bu dəyişikliyi etdi ki, sabah məğlubiyyət üçün bəhanələr gətirsin. Məncə, Foqtsun yeri elə Nigeriya yığmasıdır. Getsin, yenidən o komandanı çalışdırsın. Bundan əvvəl isə izahat versin ki, millimizə niyə belə qorxaq futbol aşılayır. Bunlardan danışmaqdasa, cürbəcür bəhanələr tapır.
Ramiq AĞAMƏMMƏDOV
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Meksika “pley-off”a yüksəldi, Kanadadan darmadağın
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi