Seçmə oyunlar həftəsi

Seçmə oyunlar həftəsi
ETOPAZ 9 Oktyabr 2014 / 13:54 3563
-  A +

Avropada növbəti seçmə oyunlar həftəsi start götürür. Bu gündən başlayaraq oktyabrın 14-dək qitənin müxtəlif şəhərlərində "Avro-2016"nın seçmə oyunları keçiriləcək.

Azərbaycan millisi bu müddətdə sabah İtaliyanın, ayın 13-də isə Xorvatiyanın qonağı olacaq. Bu axşam azarkeşlər 9 qarşılaşmanın şahidi olacaq. Gecənin ən çox maraq doğuran matçlarına Azərbaycanın yeganə virtual mərc oyunları dileri olan www.etopaz.az da xüsusi diqqət yetirir. Proqnozsevərlər axşamkı qarşılaşmalardan 4-nə www.etopaz.az "tək oyun" olaraq mərc edə bilər. İsveç - Rusiya görüşünə isə həm də canlı mərc etmək olar.

İsveç millisnin lideri Zlatan İbrahimoviçin zədə üzündən oyunu buraxması skandinaviyalıların işini xeyli çətinləşdirib. Bu üzdən bukmeker kontorları şansları təxminən bərabər dəyərləndirir. www.etopaz.az saytının bu "təkli oyun" üçün təklif etdiyi əmsallar belədir: İsveçin qələbəsi 2.25, heç-heçə 3.1, Rusiyanın qələbəsi 2.6. Canlı mərc zamanı isə əmsallar oyunun gedişinə və hesaba uyğun olaraq tez-tez dəyişəcək.

Belarus və Ukrayna arasında baş tutacaq Şərqi Slavyan derbisi derbisi də www.etopaz.az saytının proqramında "tək oyun" kimi yer alıb. Bu komandalar 2010-cu il denya çempionatının seçmə mərhələsində də bir qrupda yer almışdı. O zaman Belarusdakı matç qolsuz yekunlaşmış, Ukraynda isə meydan sahibləri bir cavabsız qolla qalib gəlmişdi. Cari seçmə tsiklə hər iki komanda uğursuz başlayıb. Belarus millisi autsayderlərdən sayılan Lüksemburla heç-heçə oynayıb (1:1), Ukrayna isə öz meydanında Slovakiyaya 0:1 hesabıyla uduzub. Bu səbəbdən hər iki komanda üçün qələbə xüsusi önəm daşıyır.
 
www.etopaz.az saytında şərq slavyanlarının derbisinə bu əmsallarla mərc edə bilərsiniz: Belarusun qələbəsi 3.1, heç-heçə 3.0, Ukraynanın qələbəsi 2.0. Belarus və Ukrayna kimi bu axşam daha iki postsovet ölkəsinin komandası da üz-üə gələcək. Söhbət Vilnüsdə baş tutacaq Baltik derbisindən - Litva - Estoniya duelindən gedir. Tərəflərin öz aralarındakı son 6 görüşündən yalnız birində estonlar qalib gəlib. Bir matç heç-heçə bitib, 4 qarşılaşmada isə Litva millisi üstün olub. Amma son illərdə Estoniya yığmasında ciddi irəliləyiş hiss olunur.

Komandanın "Avro-2012"nin seçmə mərhələsinin pley-off mərhələsində oynaması çox şeydən xəbər verir. Bu seçmə mərhələyə də estonıar uğurla başlayıb. Komanda ilk turda Sloveniyaya qalib gəlib -1:0. Litva isə ilk turda səfərdə zəif San-Marinonu 2 cavabsız qolla üstələyib. Daha bir qələbə tərəflərdən birini qrupda liderlərdən edəcək. Qarşılaşmaya www.etopaz.az saytında "tək oyun" olaraq mərc edə bilərsiniz. Əmsallar: Litvanın qələbəsi 2.0, heç-heçə 3.0, Estoniyanın qələbəsi 3.1.
Bu qrupun Sloveniya-İsveçrə görüşü də gecənin "təkli oyun"larındandır.

Hər iki komanda ilk turu məğlub başa vurub. İsveçrə öz evində ingilislərə 0:2, Sloveniya isə səfərədə estonlara uduzub. Tərəflərin son 2 qarşılaşmasında isə İsveçrə yığması Sloveniyaya həm evdə, həm də səfərədə qalib gəlib. www.etopaz.az saytının bu oyun üçün təklif etdiyi əmsallar: Sloveniyanın qələbəsi 2.5, heç-heçə 3.1, İsveçrənin qələbəsi 2.3.Bütün seçmə oyunlar saat 23:45-də başlayacaq. Gecənin futbol keyfini www.etopaz.az ilə yaşayın. Oynayın və qazanın!!!

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə