Bakıda tikilən olimpiya stadionundan son görüntülər

Bakıda tikilən olimpiya stadionundan son görüntülər
ÖLKƏ FUTBOLU 5 Oktyabr 2014 / 20:36 10247
-  A +

Bakıda metronun "Koroğlu" stansiyası yaxınlığında, Böyükşor gölünün Sabunçu rayonu istiqamətindəki sahilində tikilən olimpiya stadionunda işlər sürətlə davam etdirilir.

Qol.Az-ın Lent.az-a istinadən yaydığı məlumata görə, hazırda stadionda bir neçə istiqamətdə fasiləsiz iş gedir, həmçinin oturacaqların quraşdırılmasına başlanılıb.
 
70 min tamaşaçı tutumuna malik olacaq stadionun tikintisinin ilkin dəyəri 640 milyon dollar açıqlanıb. Tikintini Türkiyənin "Tekfen" şirkəti həyata keçirir.
 
Olimpiya stadionunun gələn ilin ilk rübündə təhvil verilməsi gözlənilir. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının açılış və bağlanış mərasimlərinin burada keçirilməsi planlaşdırılır.

Bakıda tikilən olimpiya stadionundan son görüntülər

 
Bakıda tikilən olimpiya stadionundan son görüntülər
 
Bakıda tikilən olimpiya stadionundan son görüntülər
 
Bakıda tikilən olimpiya stadionundan son görüntülər
 
Bakıda tikilən olimpiya stadionundan son görüntülər
 

Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner