AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov Qol.Az saytına müsahibəsində komandasının yeni mövsümə hazırlıqlarından və Premyer Liqamızın ilk turunda bu gün "Xəzər Lənkəran"a qarşı keçiriləcək oyundan danışıb.
- Əvvəlcə bilmək istərdik ki, AZAL yay fasiləsidən necə istifadə etdi?
- Komandamızın hansı vəziyyətdə olmasını Premyer Liqanın ilk oyunları göstərək. Ancaq istədiyimiz futbolçuları transfer etmişik. Baxışda olan və bizi qane edən bütün futbolçuları komandaya cəlb edə bildik. Hələ ki, hər şey qaydasında gedir, zədəli futbolçumuz yoxdur. Premyer Liqanın oyununa hazırlaşırıq.
- “İnter”lə yoxlama oyununda komandanızda hansı çatışmazlıqlar aşkarlandı?
- Sözsüz ki, yoxlama oyununda komandada olan boşluqlar özünü göstərir. Düzdür, futbolçularda çempionat oyununda olduğu qədər istək olmur, ancaq porblemlər aşkar hiss olunur. "İnter"lə yoxlama oyunumuz çempionata hazırlıq baxımından önəmli idi. İndi aşkar etdiyimiz çatışmazlıqlar üzərində işləyirik. Bilirik ki, ölkə çempionatının ilk turlarında da müəyyən çatışmazlıqlar olacaq. Futbolçularla ümumi və fərdi söhbətim olub. Tədricən səhvləri aradan qaldırırıq.
- Artıq transfer işlərini yekunlaşdırmısınız?
- Xeyr, hələ ki, yekunlaşdırmamışıq. Hücum xəttini də gücləndirmək fikrindəyik. Sentyabrın 1-nə qədər vaxtımız var. Bugünlərdə yeni hücumçu transfer etmək fikrindəyik.
- Ötən mövsüm də AZAL hücumçu sarıdan əziyyət çəkdi.
- Bəli, ötən mövsümün sonlarında da hiss olundu ki, hücum xəttində boşluqlar var. Çalışırıq ki, yaxın günlərdə bu məsələ də həllini tapsın. Ola bilər ki, Premyer Liqanın ilk oyununa hücumçusuz çıxaq. Bununla belə komandamız oyuna qələbə əzmi ilə çıxacaq. Problem birdən-birə həll olunmur. Onsuz da, hücumçu gəlsə də, gəlməsə də, problemsiz keçinmək mümkün deyil. Mövcud problemləri həll etdikcə insan, klub təkmilləşir.
- Sabah (bu gün) Premyer Liqamızda yeni mövsümün ilk turunda komandanız "Xəzər Lənkəran"la üz-üzə gələcək. Rəqib haqda fikirlərinizi bilmək istərdik. Bundan əlavə AZAL-ı çempionata tam hazır saymaq olar?
- İndidən desək ki, hazırıq, düzgün olmaz. Çempionatın gedişatında, oyundan-oyuna komanda tam hazır vəziyətə gəlir. Əsas odur ki, sonluq yaxşı olsun. Rəqibimiz çox güclüdür. Baxmayaraq ki, ötən mövsümü yaxşı yerdə tamamlamayıblar, hazırda yaxşı durumda olduqları hiss olunur. Çempionatın ilk oyunu həmişə ağır keçir. İstər-istəməz rəqib haqda məlumatsız olursan. Yeni transferlərin potensialına malik olmursan. Ancaq biz sabahkı (bugünkü) oyuna qələbə əzmi ilə çıxacağıq, baxımlı futbol göstərməyə çalışacağıq. Qarşımıza məqsəd qoymuşuq ki, ilk oyunda maksimum nəticə əldə etməliyik.
- Bu yaxınlarda klub rəhbərliyi ilə görüşünüz oldu. Rəhbərlik komandanın qarşısına hansı hədəfləri qoydu?
- Bizim qarşımıza sırf çempionluq qoyulmayıb. Yüksək yerlər uğrunda mübarizə aparmalıyıq. Məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır. Futbolçularımız potensialı göstərir ki, qarşımıza qoyulan məqsədə çata bilərik.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da