Asif Məmmədov: “Avropa klubları bizdən çəkinməyə başlayıb”

Asif Məmmədov: “Avropa klubları bizdən çəkinməyə başlayıb”
MÜSAHİBƏ 19 İyul 2014 / 00:01 5395
-  A +

“Rəqibi yaxşı analiz etmişdik. Bilirdik ki, hansı mövqelərdə boşluqları var. Həmin zəif cəhətlərindən istifadə etdik və lazım olan qolumuzu vurduq. Oyun ərzində bir neçə dəfə yaxşı qol imkanlarımız oldu. Ancaq son nöqtəni qoya bilmədik. Əslində mərhələnin taleyini İsveçdə həll etməli idik. Çünki  5-6 real qol imkanından istifadə edə bilmədik”.

Qol.Az saytına açıqlamasında bu sözləri “İnter” klubunun kapitanı Asif Məmmədov Avropa Liqasının II təsnifat mərhələsinin “Elfsborq”la ilk oyunu (1:0) haqda danışarkən deyib.

Təcrübəli yarımmüdafiəçi səfərdə sərfəli nəticə qazanmalarına baxmayaraq cavab oyununda komandaların şanslarını bərabər qiymətləndirib: “Tiraspol”la oyundan sonra bir daha anladıq ki, hər oyuna məsuliyyətlə yanaşmaq lazımdır. İlk oyunun nəticəsindən asılı olmayaraq cavab matçında maksimum ehtiyatlı olmalısan. “Elfsborq” növbəti görüşdə qapımıza bir qol vursa, hesab bərabərləşəcək. Bu da bizi çətin vəziyyətə sala bilər”.

A.Məmmədov komandasının bu mövsüm Avroliqada daha yaxşı nəticə qazanacağına ümid etdiyini də bildirib: “Əvvəlki illərdə də avrokuboklarda pis oynamırdıq. Sadəcə bəxtimiz gətirmirdi. Ötən il “Tromse” ilə oyunda adi səhvin ucbatından mübarizəni dayandırdıq. İki il əvvəl isə penaltilərdə uduzduq. Ancaq bu dəfə oyunlarımız daha yaxşı alınır. Artıq “İnter” də Avropada sözünü deməlidir”.

Məlum olduğu kimi, “İnter” Elfsborq” səddini keçəcəyi təqdirdə Avroliqanın III təsnifat mərhələsində “Neman” (Belarus) – “Hafnarfyodur” (İrlandiya) cütünün qalibi ilə qarşılaşcaq. A.Məmmədov potensial rəqiblərini də qiymətləndirib:  “Normal komandalardır. Məncə, hər ikisi ilə oynaya bilərik. Kimlərsə bu komandaları asan rəqib kimi qiymətləndirə bilər. Ancaq mən düşünürəm ki, həm “Neman", həm də "Hafnarfyordur “Elfsborq”dan güclüdür. Futbol durmadan inkişaf edir. Əvəllər bizim komandalara da zəif kimi baxırdılar. Ancaq indi Avropa klubları bizdən çəkinməyə başlayıb”.

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu