İki günlük fasilədən sonra futbol üzrə dünya çempionatında mübarizə qaldığı yerdən davam edəcək. Saat 21-də başlanacaq Fransa-Almaniya matçı ilə mundialda 1/4 final mərhələsinə start veriləcək.
Avropanın iki "futbol nəhəngi"nin iştirakıyla baş tutacaq derbi-matçı argentinalı referi Nestor Pitana idarə edəcək. Bu komandalar qrup mərhələsində inamlı təsir bağışlasalar da, 1/8 finalı heç də asanlıqla keçmədilər. Fransa Nigeriyanı son 10 dəqiqədə vurulan qollarla məğlub edə bildi, almanlar isə Əlcəzairi yalnız əlavə vaxtda üstələdi.
Bununla belə, bu axşam azarkeşləri maraqlı futbol tamaşası gözlədiyini əminliklə demək olar. "Köhnə tanış"ların şəxsi görüşlərində üstünlük Fransanın tərəfindədir. Fransızlar 10 görüşdən 5-də Almaniyaya qalib gəlib, üçündə isə məğlub olub. Axşamkı görüşü cəza üzündən buraxacaq oyunçu yoxdur. Yalnız almanlardan Mustafi son matçda aldığı zədə səbəbindən mundialla erkən vidalaşıb.
Klassik Avropa derbisinə www.etopaz.az saytında həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: Fransanın qələbəsi 2.7, heç-heçə 2.9, Almaniyanın qələbəsi 2.3. Canlı mərc zamanı isə bu əmsallar oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.
Digər 1/4 final matçı da qitə derbisidir. Gecə saat 1-də başlanacaq bu dueldə Cənubi Amerikanın iki komandası - mundialın təşkilatçısı Braziliya ilə çempionatda parlaq oyun göstərən komandalarından biri Kolumbiya qarşılaşacaq. Bu görüşü bir çoxları Neymarla dünya çempionatının tapıntısı Xames Rodrigesin dueli kimi də qiymətləndirir. Hər iki futbolçunun mundialda 5 qolla bombardirlər siyahısına başçılıq etməsi onların potensialından xəbər verir. Bu dueldə Braziliya nisbətən şanslı sayılır. Təbii ki, bu da meydan amili ilə bağlıdır. Buna baxmayaraq Kolumbiyanın döyüşkən heyətinin Luis Felipe Skolarinin yetirmələri qarşısında sonadək mübarizə aparacağını proqnozlaşdırmaq olar.
Kolumbiya sonuncu dəfə 1980-ci ildə Braziliya üzərində 5:1 hesabı ilə qələbə qazanıb və o vaxtdan 34 ildir sambaçılar bu komandaya uduzmur. Tərəflər arasında son 4 qarşılaşma isə heç-heçə yekunlaşıb. Axşamkı matça Braziliya cəzalı Luis Qustavosuz cıxacaq. Zədəli Marselonun meydana çıxacağı isə sual altındadır. Bu www.etopaz.az saytında bu görüşə də "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar: Braziliyanın qələbəsi 1.7, heç-heçə 3.3, Kolumbiyanın qələbəsi 3.8.
Mundial www.etopaz.az ilə daha maraqlı və qazanclıdır. İntiusiyanıza güvənin, oynayın və qazanın!!!
"Oyunçularımla fəxr edirəm" - Valdas Dambrauskas
Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?
“Sabah”dan “qızıl dubl”
Avrokuboklardan kənarda qala bilərlər
DÇ-2026 finalında fasilə daha uzun olacaq
41 yaşlı Silva dünya çempionatına yollanır
Mbappe, Rafinya, Kurtua...
Arbeloa Madrid klubunda qalacaq?
Konate klubunu dəyişə bilər
FİFA prezidenti narazılıqlara aydınlıq gətirdi
"Sabah" - "Zirə" : Heyətlər
Millimiz Türkiyədə yoldaşlıq oyunu keçirəcək
“Neftçi”nin qızlar komandası yenə Azərbaycan çempionu oldu
PSJ davadan sonra onu hədəfə aldı
"Napoli"dən gedir
Dibaladan yeni müqavilə iddialarına cavab
Meksika millisinin DÇ-2026 üçün geniş heyəti
Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
ABŞ İraq millisinin beş futbolçusuna viza vermir
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
"İnter"də 5 illik müqavilə
"Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi oldu
Künc zərbəsinə görə VAR - İngiltərədə tətbiq ediləcəkmi?
Məşhur serialın ulduzu peşəkar futbolçu oldu
“Araz-Naxçıvan”ın legioneri milliyə dəvət aldı
İsveç millisinin DÇ-2026 üçün ilkin heyəti
Nərimanın illik maaşı açıqlandı - Rəsmi
Elitaya yüksələn komanda Madzarriyə tapşırıldı
21 il sonra yenidən Çempionlar Liqasında
Premyer Liqaya vəsiqə üçün finalda oynayacaqlar