Bu axşam futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulacaq. Mərhələnin son görüşləri Argentina - İsveçrə və Belçika - ABŞ qarşılaşmaları olacaq.
Saat 21:00-da başlanacaq Argentina - İsveçrə duelində gözlənildiyi kimi cənubi amerikalılar favorit sayılır. Heyətində Messi kimi ulduzun yer aldığı komandaya bukmekerlərin bu dərəcədə üstünlük verməsi başadüşüləndir. Digər oyunçuların müqayisəsində də argentinalılar isveçrəliləri üstələyir.
Tarix və statistika da Argentinanın xeyrinədir. Bu komandalar ilk dəfə uzaq 1966-cı ildə üz-üzə gəlib və o vaxtdan indiyədək öz aralarında baş tutan 6 qarşılaşmanın heç birində İsveçrə millisi qələbə qazana bilməyib. 4 oyun Argentinanın qələbəsi ilə, ikisi isə heç-heçə yekunlaşıb. Nə qədər çətin görünsə də, isveçrəlilər bu "tilsimi", "Argentina sindromu"nu bu axşam qırmağa çalışacaq. Hər iki komandanın heyətində itki var.
Argentinada hücumçu Aqueronun zədə üzündən bu mundialda bir daha oynamayacağı bildirilir. İsveçrədə isə üz sümükləri sınan müdafiəçi Stiv fon Bergen üçün dünya çempionatı vaxtından əvvəl bitib. Bundan başqa hücumçu Mario Qavranoviç də zədə səbəbindən bu axşam oynamayacaq. Otmar Hitsfeldin İsveçrəsinin Messi və komandasına qarşı mübarizəsinə www.etopaz.az saytında həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: Argentinanın qələbəsi 1.35, heç-heçə 4.0, Almaniyanın qələbəsi 6.0. Canlı mərc zamanı isə bu əmsallar oyunun gedişindən ve hesabdan asılı olaraq tez-tez dəyişəcək.
1/8 finalın son oyunu isə gecə saat 01:00-da başlanacaq. Belçika-ABŞ dueli iki eyni səviyyəli komandanın görüşü kimi xarakterizə olunur. Belçikalılar qrup mərhələsini maksimum nəticə - 3 qələbəylə başa vursa da, bu oyunlarda ümumilikdə 4 qol vurmaqla pley-offa çıxan komandalar arasında Yunanıstandan sonra ən aşağı məhsuldarlığı göstərib. Görünür, Mark Vilmotsun komandası müdafiənin qayğısına daha çox qalır. Komandalar son illərdə 3 dəfə qarşılaşıb, Bu görüşlərdən ikisində belçikalılar, birində isə şimali amerikalılar qalib gəlib.
Daha bir maraqlı fakt odur ki, gənc qapıçı Tibo Kurtuanın çərçivəni qoruduğu oyunların heç birində Belçika millisi məğlub olmayıb. İtkilərə gəlincə, Cənubi Koreya ilə matçda qırmızı vərəqə alan Defur bu gecə belçikalılara kömək edə bilməyəcək. Siman və Van den Borre isə zədəlidir. Kompani və Vermalenin də oynayacağı dəqiq bilinmir. ABŞ millisində isə zədəsini yeni sağaldan Joze Altidorun meydana çıxacağı sual altındadır. Bu "təkli oyun"a www.etopaz.az saytında mərc edə bilərsiniz. Əmsallar: Belçikanın qələbəsi 1.75, heç-heçə 3.1, ABŞ-ın qələbəsi 3.9.
Mundial həyacanını www.etopaz.az ilə yaşayın. Bizdə həm futbol keyfi, həm də qazanc var. Bol şanslar!!!
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video