Milli komandamızın məşqçisi Aslan Kərimovun Qol.Az saytına müsahibəsi
- Artıq avrokuboklarda iştirak edəcək klublarımızın ilk rəqibləri müəyyənləşdi. Püşkatmanın nəticəsini necə qiymətləndirirsiniz?
- İlk olaraq Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”dan başlayaq. Təbii ki, “Qarabağ” daha çətin rəqiblə düşə bilərdi. Hesab edirəm ki, komandamız “Valletta”nın (Malta) öhdəsindən gələcək. Ancaq “Qarabağ”ı asan oyun gözlədiyini deyə bilmərik. “Valletta” daima avrokuboklarda iştirak edən klubdur. Hətta bir vaxtlar bu klub milli komandanın bazasını təşkil edirdi. Bu da onun göstəricisidir ki, “Valletta” yaxşı heyətlə mübarizə aparacaq. Oyunun iyul ayında olacağını nəzərə alsaq, isti hava şəraitinin də “Qarabağ”a çətinlik yaradacağını demək olar. Yəni müəyyən amillər komandaların göclərini bərabərləşdirəcək. Ancaq istənilən halda “Qarabağ” daha güclü heyətə malikdir və rəqibinin öhdəsindən gələcək. İlk məthələni keçdikdən sonra “Qarabağ”ın potensialı haqda daha dəqiq məlumatımız olacaq. Qurban Qurbanovun komandasının onsuz da yaxşı heyəti vardıə. Əlavə hücumçunun heyətə cəlb olunması isə komandanı daha da gücləndirəcək. “Qarabağ” ÇL-ın qrup mərhələsində oynamaq gücündədir.
- “İnter” isə Moldovanın “Tiraspol” klubu ilə qarşılaşacaq.
- Moldovada futbola son dərəcədə böyük diqqət yetirirlər. İnfrastruktur baxımından Avropadan geri qalmırlar, bizi isə qabaqlayırlar. Ancaq ansları dəyərləndirsək, “İnter”in də ilk mərhələni keçəcəyini proqnozlaşdırmaq olar.
- “Qəbələ” ilk dəfə ölkəmizi Avroliqada təmsil edəcək. Bir sıra aparıcı futbolçusunun komandanı tərk etməsindən sonra “Qəbələ”nin işinin bir qədər çətin olacağını demək olar?
- “Qəbələ” haqda bir qədər başqa cür danışmaq məcburiyyətindəyəm. Çünki müxəlif amillər var ki, bu komandanın oyununa təsir edə bilər. Birinci amil baş məşqçinin yeni olmasıdır. Hələ onun komandanı hansı üslubda oynadacağını bilmirik. Təbii ki, yeni baş məşqçi hansısa futbol fəlsəfəsi ilə gəlir. Mütləq hansısa dəyişikliklər baş verəcək. Komandanın bu yeniliklərə tez bir zamanda alışması çətin olur. Bəli, bu baxımdan “Qəbələ”nin işi bir qədər çətindir. Həmçinin, komandanın qol silahı olan Daniel Subotiçin gedişi “Qəbələ”nin işini çətinə saldı. Üstəlik təmsilçimizin rəqibi də güclüdür. “Şiroki Brieq” daha əvvəl avrokuboklarda “Neftçi” ilə qarşılaşıb. Yəni bu komandanın oyununa bələdik. Rəqibin Bosniya-Hersoqovina klubu olması çox şeydən xəbər verir. Bu gün Bosniya-Hersoqovina millisi dünya çempionatının final mərhləsində iştirak edir. Deməli, “Şiroki Brieq”in də heyətində səviyyəli futbolçular olacaq. Avrokuboklarda təcrübəsinin olmaması da “Qəbələ”yə mənfi təsir göstərə bilər.
- “Neftçi” Avroliqanın II təsnifat mərhələsində "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Böyüküğa Hacıyevin komandasından bu mövsüm hansı nəticəni gözləmək olar?
- “Neftçi” çempionat ərzində qeyri-stabil çıxışı ilə yadda qaldı. Bundan başqa komanda kapitanını (Rəşad Sadiqov – red.) itirdi. Buna görə də “Neftçi” üçün çox çətin olacaq. Bildiyimə görə, komandanın aparıcı futbolçularından olan Denis Silva məşq zamanı ciddi zədələnib və üç həftəlik sıradan çıxıb. Bu, böyük bir müddətdir. İlk oyunda Silvanın iştirakı inandırıcı deyil. Bu, “Neftçi” üçün çox ciddi itkidir.
- Hazırda Braziliyada keçirilən DÇ-2014 haqda fikirləriniz də maraqlı olardı.
- Dünya çempionatı ilə bağlı çox müxtəlif fikirlər səsləndirirlər. Hazırda Avropa təmsilçilərinin bir-bir mundialı tərk etməsi əsas müzakirə mövzusudur. Şəxsi fikrimə görə, çempionatın Braziliyada keçirilməsi Cənubi Amerika ölkələrinin komandalarının işinə yarayır. Fikir verin, Çili, Kolumbiya, Kosta-Rika kimi komandalar yaxşı mənada sürpriz nəticələrlə yadda qalır. Onlar öz regionlarında asan oynayırlar. Sözsüz ki, yer amili böyük rol oynamasa da öz təsirini göstərir.
- Yəqin Avro-2016-nın seçmə mərhələsində millimizin rəqibləri olacaq İtaliya və Xorvatiyanın oyununa xüsusi diqqət yetirdiniz.
- Əlbəttə, bilavasitə hər iki komandanın oyununu diqqətlə izlədik. Xorvatların mundialı tərk etməsini bir qədər bəxt amili ilə bağlamaq olar. Braziliya ilə ilk oyunlarında hakimin Xorvatiyanın qapısına səhvən penalti təyin etməsi də nəticəyə böyük təsir etdi. Rəqibimiz haqda onu deyə bilərəm ki, həddindən artıq güclü və təcrübəli komandadır. İtaliya isə öz futbol fəlsəfələrini tez-tez dəyişmir. Yəni mütləq müdafiə olunurlar və hər zaman qol vura biləcəklərini düşünürlər. Son oyunda italyanlar Uruqvaya uduzdu və mundialı tərk etdi. Təbii ki, qırmızı vərəqə alması da İtaliyanın oyununa təsir göstərdi. Ancaq fakt odur ki, dünya çempionatı ilə vidalaşdılar. Buna baxmayaraq, bizi İtaliya ilə çox çətin oyun gözləyir.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu