Qitəmiqyaslı klub turnirlərinin ilkin mərhələlərinin püşkü atıldı. Dünya XX mundialın həyəcanı ilə yaşadığından, ola bilsin, püşkatma mərasimi bir az kölgədə qaldı. Amma müşahidələr deməyə əsas verir ki, bu yalnız ilk baxışda belədir və əslində, püşkatmanın nəticələri azarkeşlərimizin böyük marağına səbəb olub.
Artıq hər kəsə məlumdur ki, Azərbaycan çempionu “Qarabağ” mübarizəyə Malta, ölkə kubokunun sahibi “Neftçi” ya Sloveniya, ya Monteneqro, gümüş mükafatçı “İnter” Moldova, nəhayət, mövsümü tarixində ilk dəfə bürünc medalla bitirmiş “Qəbələ” Bosniya-Herseqovina təmsilçisi ilə başlayacaq.
Yeni avrokubok mövsümünə 10,375 balla 31-ci pillədə qədəm qoyuruq. Rəqib klubların təmsil etdiyi ölkələrə gəlincə, bizimlə eyni göstəriciyə malik Moldova 32-ci, Bosniya-Herseqovina 7,500 xalla 35-ci, Malta isə 4,833 xalla 45-cidir. O ki qaldı “Neftçi”nin üz-üzə gələ biləcəyi kollektivə, Monteneqro aktivində 6,000 reytinq balı ilə 39-cu, Sloveniya 11,000 xalla 29-cudur.
Göründüyü kimi, bu siyahıda təkcə Sloveniya Azərbaycandan irəlidədir və klublarımız uğurlu çıxış sayəsində mövqeyini möhkəmlədə, hətta adını üçüncü onluqda qərarlaşanların cərgəsinə yaza bilər. Xüsusi vurğulamağa ehtiyac var ki, futbolçularımız nəinki bu il hesabdan silinəcək 1,500 reytinq balının yerini doldurmalı, həmçinin onu daha da artırmaq kimi çətin vəzifənin öhdəsindən gəlməlidirlər.
Nəzərə alsaq ki, ötən mövsüm aktivimizə 2,500 reytinq balı yazmışıq, o halda problemin həllinin mümkünlüyünü deyə bilərik. Lakin toplanmış xalların böyük əksəriyyəti bir komandanın – “Qarabağ”ın, ondan əvvəlki, 3,000 xal yığdığımız mövsümdə isə “Neftçi”nin payına düşüb. Ona görə Avropa meydanlarına atılmış komandalarımızın hamılıqla uğur qazanmağa çalışması çox vacib və əhəmiyyətlidir.
Müqayisə üçün deyək ki, Moldova bu il daha böyük itkini (2,175) aradan qaldırmalıdır. Bosniya-Herseqovinada bu göstərici 1,750, Monteneqroda 1,125, Maltada 0,750-dir. Azərbaycandan irəlidə olan Sloveniya isə 1,375 reytinq xalının, necə deyərlər, qarşılığını vermək məcburiyyətindədir.
Məlumdur ki, klubların reytinq cədvəli son beş mövsümün nəticələrinə əsasən müəyyənləşir. Hər ölkənin klublarının ayrı-ayrılıqda qazandığı xallar (qələbəyə 1, heç-heçəyə 0,5 xal verilməklə) cəmlənir və həmin ölkədən avrokuboklardakı komandaların (mübarizəni davam etdirib-etdirməməsindən asılı olmayaraq) sayına bölünür, məsələn, Azərbaycan üçün bu rəqəm 4-dür.
Bu mənada, 2014/15-ci il mövsümündə hansı ölkələrdən önə keçə bilərik? Hazırkı vəziyyətdən çıxış edərək, üç ölkəni geridə qoymaq imkanımızın olduğunu demək mümkündür – bunlar 11,000 xalla 29-30-cu pilləri bölüşən Sloveniya və Slovakiya, həmçinin aktivindəki 11,625 reytinq balı ilə 28-ci olan Macarıstandır: sloveniyalılar ötən ili 2,625, slovaklar 1,625, macarlar isə 0,875 göstərici ilə biritiblər. Norveç (14,275, 26-cı yer) və Serbiya (14,125, 27-ci yer) indilikdə əlçatmazdır.
Ancaq zəif nəticə göstərsək, kimlərsə də bizdən önə keçə bilər. Buna ən real imkanı olan, bayaq da qeyd etdik, Moldovadır. Çünki, əvvəla, aktivində bizimlə eyni niqdarda reytinq xalı var, ikincisi, biz ötən mövsümü 2,500 xalla bitirdiyimiz halda, moldovanlar 3,375 bal yığıblar. 9,875 xalla 33-cü pillədə qərarlaşmış Gürcüstanı da cüzi fərqlə (0,500) qabaqlayırıq və azacıq ehtiyatsızlıq onların da irəli çıxmasına səbəb ola bilər. 34-ci yerdə gedən Qazaxıstandan hazırda 2,125 xal öndəyik və onların bizi ötməsi reallıqdan uzaq görünür. Bununla belə, unutmaq olmaz ki, 2013/14 mövsümündə qazaxlar 3,125 reytinq balı yığıblar.
Təbii ki, başlıca vəzifə əlavə heç nə fikirləşmədən bütün diqqəti, ilk növbədə, qarşıdakı məsul oyunlara yönəltməkdir. Lakin fərdi maraqlarla yanaşı, ümumi işə də töhfə vermək fəaliyyətin tərkib hissəsi sayılır. Bəzən ilk oyunda qeydə alınan qanqaraldıcı nəticə cavab qarşılaşmasına ciddi şəkildə mənfi təsir göstərir və futbolçular meydana “onsuz da məğlubiyyətin əvəzini çıxa bilməyəcəyik” düşüncəsi ilə çıxırlar. Bu, yolverilməzdir və təmsilçilərimiz Azərbaycanın klub reytinqini formalaşdırdıqlarını gərək, bir an da olsa, unutmasınlar. Yalnız o halda ən yaxın izləyicilərindən uzaqlaşa, ən yaxın izlədiklərini isə ötüb keçə bilərsən.
Sizinlə həmsöhbət mən idim...
Rövşən BİNNƏTLİ
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons