Qurban barədə danışmaq istəyirəm. Müstəqillik illərində Azərbaycan futbolunun yetirdiyi ən önəmli fiqurlardan olan Qurban Qurbanovdan. Səbəbi sadədir – ilin sonunda keçirilən çoxsaylı rəy sorğularında respondentlər “İlin məşqçisi” nominasiyasında, əsasən, onu fərqləndirdi, adını ön sıralarda çəkdi. Əslində bu, mütəxəssisin halal haqqıdır və təəccüblü bir şey yoxdur. Desəm ki, Qurban Qurbanov futbolumuz üçün böyük qazancdır, yenə təzə nəsə demiş olmayacağam. Ancaq istərdim ki, bir sualı cavablandıraq: onu Azərbaycan futboluna kim qazandırdı?
Sual bir az ritorik, bir qədər də qəribə, cavabı məlum kimi səslənir, amma mən o məqamlara toxunmaq istəyirəm ki, Qurbanın Qurban olmasında həlledici rola malikdir.
Təbii ki, nailiyyətin, müvəffəqiyyətin, qələbənin, uğurun mayasını bacarıq, qabiliyyət, işgüzarlıq kimi keyfiyyətlər təşkil edir. Lakin bu da bir həqiqətdir ki, nəyə qadir olduğunu göstərmək üçün şərait başlıca şərtdir. Gəlin unutmayaq, qiymətli metal torpaqda da qiymətlidir, amma əsl dəyərini yalnız hasil olunanda alır.
1-ci məqam: dözümlü adamdır, səbrlidir. Milli komandada çıxış etdiyi vaxtlar bir dəfə məşqə gecikmişdi. Niyə gecikməsi ilə maraqlanılmadı, federasiya rəhbərliyinin qınaq obyekti oldu, bir müddət hətta millidən uzaqlaşdırıldı da. Ancaq Qurban qaranı qaraya tutmadı, yenidən ölkənin əsas komandasına çağırılanda “yox” demədi, qayıtdı və canla-başla oynadı, Azərbaycanı düşünərək oynadı. Bu günə qədər də millidə rəsmi görüşlərdə ən çox qol vurmuş futbolçudur.
2-ci məqam: milli qüruru var: Rusiyada legionerlik həyatı yaşayarkən “Sport-Ekspress” qəzeti ondan müsahibə götürərkən, rusiyalı həmkarımızla şərt kəsmişdi – “məni “Kurban Kurbanov” yox, “Qurban Qurbanov” kimi təqdim edəcəksinizsə, müsahibə verərəm”. Razılaşmışdılar və indinin özündə də ruslar şərtə əməl edirlər. Halbuki, bizim rusdilli mətbu orqanlar “Qarabağ” klubunun adını “Karabax” şəklində yazırlar. Qurbanda olan milli təəssübdən bir az da onlarda olsaydı.
3-cü məqam: çox yüksək mədəniyyət sahibidir. Ölkə miqyasında “bərkgedən” idman nəşrlərindən biri sorğu keçirmiş və Q.Qurbanov ilin futbolçusu seçilmişdi. Sorğunu keçirən qəzet bir səhifədə nəticələri, kimin-kimə səs verdiyini dərc etmiş, yanaşı səhifədə isə, nə qalibə, nə də respondentlərə hörmət qoyaraq, “Birincimiz budursa” sərlövhəli məqalə yerləşdirmişdi. Bütün bunlara özünəməxsus soyuqqanlıqla yanaşan Qurban hər şeyi adamların vicdanına buraxdığını demişdi.
4-cü məqam: “Neftçi”yə baş məşqçi təyin olunanda çoxlarının nəzərində bu sahədə “piyada” idi. Baxmayaraq ki, İspaniyadan belə, bir sıra ölkələrin tanınmış klublarında uzunmüddətli kurslar keçmişdi. İşləməsinə imkan vermədilər – kimlərsə hesab elədi ki, Qurban onların “özəlləşdirdiyi” sahəyə daxil olub. Həmin “uzaqgörənlər” öyrədilmiş adamları tribunalarda yerləşdirməklə, məşqçilik kimi böyük dəryada ilk kövrək addımlarını atan gənc və həqiqətən perspektiv vəd edən mütəxəssisi “istefa” şüarlarına qonaq etdilər. Beləcə, Qurban gedəsi oldu.
5-ci məqam: daxilən və mənən zəngin insandır. Bir vaxtlar şərəfini qoruduğu komandadakı münasibətdən sınmadı, sarsılmadı, yoluna davam etdi, çünki cövhərində peşəkarlıq vardı. Bekarçılığın ömrü uzun olmadı, “Qarabağ”dan təklif aldı və 2008-ci ildən bəri gözəl işbirliyinin şahidiyik. Doğrudur, komandanı çempion edə bilməyib, ancaq bu çatışmazlığı avrokuboklardakı uğurlu çıxışla unutdurub. Qurban klub rəhbərliyinə, klub rəhbərliyi də ona inanır. Məncə, Qurbanı bacarıqlı bir məşqçi kimi Azərbaycana qazandıran əsas amillərdən biri məhz budur və ona görə “Qarabağ” FK-nın səlahiyyət sahiblərinə təşəkkür düşür. Əgər onlar da kiçicik geriləməni, çatışmazlığı aqressiv qarşılayıb, məsələyə “məşqçini dəyişmək lazımdır” prinsipi ilə yanaşsaydılar, bu gün nə “Qarabağ” bu səviyyədə olardı, nə də Qurban.
Əksini sübut edən onlarla fakt göstərmək olar. Məşqçi əlcək kimi dəyişdirilirsə, deməli, idarəçilik işi düzgün qurulmayıb – istər həmin klub “Real Madrid” olsun, istər “Xəzər Lənkəran”. “Mançester Yunayted” təcrübəsi, necə işləmək mənasında, hamıya örnəkdir: ideal və anlaşıqlı işbirliyi nəticəsində Aleks Fergüson “MY”nu, “MY” da seri zirvələrə qaldırdı. Ona görə də, “Qarabağ”-Qurbanov tandemini alqışlayıb, bitib-tükənməyən uğurlar diləmək lazım gəlir!
Sizinlə həmsöhbət mən idim...
Rövşən BİNNƏTLİ
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video