Dekabrın 10-u günü futboldan danışan azərbaycanlı azarkeşin birinci kəlməsi, mənim düşüncəmə görə, gərək Banişevski ola – 16 il əvvəl dünyasını dəyişmiş Anatoli Banişevski!
Etiraf edirəm, böyük top ustasına sevgimin, intəhasız məhəbbətimin mayasında uşaqlıq illərimin qəhrəmanı olması dayanır. Ancaq futbolumuza verdiyi töhfələrin müqabilində ümumi rəğbətə layiqdir. İnanıram və istisna etmirəm ki, gənc nəslin nümayəndələri bu deyilənləri tam fərqli qarşılayır. Qınamıram, axı, onların kumirləri, gözlərini açıb gördükləri əcnəbilərdir. Biz isə gözümüzü açıb “Neftçi”ni görmüşdük, onu görmüşdük.
Gənc futbolsevərlərimiz Anatolini tanımır, tanıyırsa da az, səthi tanıyır. Bunu zəif təbliğatın ayağına yazmaq olar, amma özümüzə, dəyərlərimizə laqeyd yanaşmağımız da acı reallıqdır. Bununla belə, dəyərlərimizə dəyər verən dəyərli insanlarımız yox deyil: “Banişevski olduğu kimi” adlı sanballı kitabın müəllifi, sənət müəllimim Şakir Yaqubov kimi.
Futbolçunun həyatı, karyerası o qədər əhatəli və məzmunlu şəkildə qələmə alınıb ki, onlardan sonra Banişevski barədə əlavə nəsə demək az qala mümkün deyil. Lakin 2002-ci ildə cəmi 1000 nüsxə ilə çap olunmuş kitabın 600 ədədi bu gün də sahibini tapmayıb. Bu yerdə bizi kitab oxumayan qismində təqdim edənləri qınamaq nə dərəcədə doğrudur?
Ölkənin futbol siması sayılan bir insan barədə əsəri yaxına buraxmamaq başqa nəyin göstəricisi ola bilər? Əgər bütün karyerasını “Neftçi”də keçirmiş futbolçuya doğma klubunda da soyuq münasibət bəslənilirsə, başqalarına nə deyəsən? Halbuki, yeri gəldi-gəlmədi, çox geniş coğrafiyada flaqman deyə çağırılan və bu çağırışdan məmnunluq duyan komandanın uşaq bölmələrində Banişevski və onunla birgə SSRİ çempionatının bürünc medalını qazanmış fədakar oyunçular, futbol adamları haqda mütəmadi söhbətlər aparılmalı, məlumatlar verilməli, həmin insanlar gələcəyini futbolla bağlayan gənc nəslə tanıdılmalıdır.
Ancaq ciddi narahatlıq hissi ilə deməyə məcburuq ki, özümüzü oxumaq, tanımaq, öyrənmək istəyimiz, öyrənməli olduğumuz dahilərimizin böyüklüyü müqabilində ölçüyəgəlməz dərəcədə kiçikdir.
Təəssüf!
Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatının final mərhələsinin püşkü atıldı. Mərasimdə Rio de Janeyro şəhərindən, “Marakana” stadionundan çox danışıldı. Gözləyirdim ki, dünyaca məşhur arenada 70 il Azərbaycanın da daxil olduğu SSRİ komandasının vurduğu ilk qol və təbii ki, onun müəllifi xatırlanacaq. Amma 1965-ci il noyabrın 21-i heç kimin yadına düşmədi, 18 yaşlı Banişevskinin Manqanın qapısından keçirdiyi top barədə bugünkü tamaşaçıya məlumat verilmədi. 2:2 hesabı ilə başa çatmış qarşılaşmanın videogörüntüsündə isə yalnız bircə mühüm məqam yoxdur – Anatolinin fərqləndiyi an. O da maraqlıdır ki, “9” nömrənin SSRİ yığma komandasında debütü də Braziliya ilə görüşə (4 iyul 1965) təsadüf edir.
İndi hansı məlumatı əldə etmək istəyiriksə, ilk üz tutduğumuz ünvan “Vikipediya” olur. Maraq üçün usta futbolçu barədə Azərbaycan versiyasında yazılanları nəzərdən keçirirəm. Diqqətimi səhifənin sonunda “Bu səhifə sonuncu dəfə 22:59, 25 oktyabr 2013 tarixində redaktə edilib” cümləsinə sataşır. Cümlənin Azərbaycan dilinin üslub və xüsusiyyətinə uyğun gəlməməsi ilə işim yoxdur. Səhifənin “dosye” hissəsindəki yanlışlıqları da sadalamağı lazım bilmirəm. “Dövlət mükafatları” bölümündə bir işarə qoyulub, üstünə gələndə “Şöhrət ordeni” yazısı canlanır. Bəli, məşhur “9” nömrə həmin mükafata layiq görülüb, ancaq nə vaxt, məlum deyil. Məgər təltiflə bağlı imzalanmış Fərmanın tarixini (20 fevral 1996) göstərmək bu qədərmi çətindir?
Böyük futbolçuya dair kiçik qeyddə daha bir cümlə təəccüb və təəssüf doğurur: “Banişevski ölümündən bir il əvvəl Heydər Əliyev tərəfindən “Şöhrət ordeni” ilə təltif olunub”. 1996-cı il fevralın 20-dən 1997-ci il dekabrın 10-dək olan müddəti bir il sayanlardan başqa nəsə gözləmək özünü aldatmaq olardı.
Ona sevginin hüdudsuzluğunun nəticəsi idi ki, kimisi “Tolik”, kimisi “Banış” deyə çağırırdı. Böyük əksəriyyət üçün isə o, əvəzolunmaz “9” nömrə idi. Hər dəfə vəfat tarixi barədə düşünəndə mənə elə gəlirdi ki, burada anlaşılmazlıq var, yəni Banişevski gözlərini də əbədi olaraq elə 9-da yumub. Amma məşhur “9” nömrəmiz ilin sonuncu ayının 10-cu günündə, 51 yaşında bizlərə əlvida deyib, dekabrın 10-u – Birləşmiş Millətlər Təşkilatının qərarı ilə təsis olunmuş Ümumdünya Futbol Günü! Dünyasını məhz Ümumdünya Futbol Günündə dəyişməsi də həyatının bir qəribəliyidir, amma təsadüf deyil.
Biz özümüzə mənəvi borc bilib onu xatırladıq – 1966-cı il dünya, 1968-ci il Avropa çempionatının yarımfinalçısı, AVRO-1972-nin gümüş, 1966-cı il SSRİ çempionatının bürünc mükafatçısı, Qriqori Fedetov klubunun üzvü, 7 qolla portuqaliyalı Eysebio ilə DÇ-1966-nın Avropa zonası üzrə seçmə mərhələnin bombardiri, üç dəfə SSRİ-nin 33 ən güclü futbolçusu sırasına düşmüş, “Şöhrət” ordenli, UEFA versiyasına görə XX əsrdə Azərbaycanın ən güclü futbolçusu Anatoli Banişevskini!
Sizinlə həmsöhbət mən idim,
Rövşən BİNNƏTLİ...
"Baş məşqçi olmaq istəməzdim"
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirdi
Almaniyalı hücumçu MLS klubunda
Sabiq klubu Qurban Qurbanovu təbrik etdi
Matçda dava düşdü, iki klub da cəzalandırıldı
Haaland, Rays, Fernandeş...
Avrokubokla vidalaşan klub baş məşqçisini göndərir?
"Qarabağ"a qol vuran futbolçu ÇL-də rəmzi komandaya düşdü
"Kayrat" aparıcı oyunçusu ilə sağollaşdı
A Seriyası futbolçusu "Beşiktaş"a keçir
Reşford Messini geridə qoydu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Şahruddindən maraqlı paylaşım - Şəkil
Baş məqçi 5 oyunluq cəzalandırıldı
"Kristal Palas"dan hücumçuya 52 milyonluq təklif var
ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
FCSB - "Fənərbaxça" oyunu bu kanallarda
"Qarabağ"ın oyununa görə İngiltərəyə getdi
Van Deykdən "Qarabağ"la oyunda tarixi uğur
"Aston Villa"dan "Beşiktaş"a keçdi
Mourinyo Arbeloadan üzr istədi
Xviça Kvaratsxeliya ağır zədə alıb
Sabiq "Bakı"lı Hindistan klubunda
"Qəbələ"nin sabiq futbolçusu "Mingəçevir"də
AFFA bu klubları cərimələdi
Misli Premyer Liqasında 18-ci turun hakimləri açıqlandı
“Qarabağ”la oynamaq daha yaxşıdır” - Luis Enrike
Gecənin qəhrəmanı danışdı - “Etdiyim dəlilik idi”
Kevin Medina ÇL-də “üçlüyə” düşdü
Levandovski Messinin tarixi rekordunu təkrarladı
Boks üzrə Azərbaycan çempionatına yekun vuruldu
Azərbaycanın reytinq xalının 80,6 faizini “Qarabağ” qazanıb!
Azərbaycan UEFA reytinqində yüksəldi
"Dördüncü qol biabırçılıqdır" - Mbappe
"Mançester Siti" - "Qalatasaray" matçından - Video
"Liverpul" - "Qarabağ" oyunundan - Video
"PSJ-yə qarşı oynamaq istərdim" - Zubir
"Liverpul" - "Qarabağ" oyununun ən yaxşısı seçildi