Tahir Süleymanov: "Acı "Skenderbeu" xatirəsini unutdurmalıyıq"

Tahir Süleymanov: "Acı "Skenderbeu" xatirəsini unutdurmalıyıq"
MÜSAHİBƏ 24 İyun 2014 / 15:32 4047
-  A +

Avropa Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq "Neftçi" klubu "Koper" (Sloveniya) - “Çelik” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

Qol.Az saytına açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov püşkatmanın nəticəsi ilə bağlı fikirlərini bildirib:

"Bizim üçün rəqibin hansı komanda olmasının fərqi yoxdur. Əsas odur ki, futbolçularımız oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazır olsun. Təbbi ki, "Neftçi"də bu sarıdan problem olmamalıdır. Çünki komandamızın kifayət qədər Avropa təcrübəsi var. Bu da onu göstərir ki, "Neftçi"  həm "Koper"i, həm də "Çelik"i keçməyə məhkumdur. Bir tərəfdən yaxşı oldu ki, hər iki komandanın oyununu ətraflı analiz edəcəyik. Elə ilk oyundaca məsələni həll etməliyik. "Skenderbeu" məğlubiyyətinin ("Neftçi"ni ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" komandası mübarizədən kənarlaşdırıb - red.) acı xatirəsini unutdurmaq üçün "Neftçi" bu mövsüm də öz sözünü Avropada deməlidir. Ümumiyyətlə klublarımız bir mərhələ keçmək yox, ən azı  play-off-a düşmək haqda fikirləşməlidir. Daha sonra qrup mərhələsini düşünmək olar".

Klub rəsmisi digər komandalarımızın da qarşısına ciddi rəqib çıxmadığını və onlardan uğur gözlədiyini bildirib: "Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, hər dörd komandamız avrokuboklarda öz rəqibini keçməyə borcludur. Rəqiblərin kimliyindən asılı olmayaraq hər bir klubumuzdan uğur gözləyirəm. İlk mərhələdə güclü komandalarla qarşılaşmayacağıq".

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu