“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold “Liverpul”dan ayrıldıqdan sonra sosial şəbəkələrdə təhqir və təhdidlərlə üzləşdiyini bildirib.
QOL.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə "The Mirror" nəşrinə müsahibəsində danışıb:
“Sosial şəbəkələrdə təhqirlər və şəxsi mesajlarda təhdidlər 2026-cı ildə həyatın acı tərəflərindən biridir. Mən bunlardan uzaq durmağa üstünlük verirəm, çünki bunlar mənə real görünmür. Baş verənlərdən sonra “Liverpul”a qayıtmaq barədə düşünmüşdüm. Açığı, nəsə məni incidir və məyus edirsə, bu, ailəmə də təsir edir. Biz bu məsələdə birlikdəyik”.
İngiltərəli futbolçu azarkeşlərin reaksiyasını başa düşdüyünü də vurğulayıb:
"Fit səsləri və məyusluq mənim tab gətirə biləcəyim şeylərdir. İnsanların mənə qarşı belə reaksiya verməsini anlayıram. Həmin dövrdə çox eşidirdim ki, “Liverpul” azarkeşləri onlara nə düşünməli olduqlarının diktə edilməsini istəmirlər. Mən də bununla razıyam. Lakin ümid edirəm ki, bir gün həyatda verdiyim qərarlar da başa düşüləcək. Bu, mənə ağrı verir. Çünki bu kluba 20 ilimi vermişəm və burada çox şeydən keçmişəm. Təbii ki, belə münasibət insanı incidir. Amma məyusluğu, hətta fit səsləri ilə ifadə olunan qəzəbi də başa düşürəm".
Qeyd edək ki, Aleksander-Arnold 2025-ci ildə “Real”a keçib. O, Madrid klubunun heyətində bütün turnirlərdə 36 oyuna çıxıb və 7 məhsuldar ötürmə edib.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi