DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı

DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı
DÜNYA FUTBOLU 23 Avqust 2026 / 17:39 615
-  A +

“Mançester Siti” və “Lill” 18 yaşlı yarımmüdafiəçi Ayub Buaddinin transferi ilə bağlı razılığa gəlib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilir ki, İngiltərə klubu mərakeşli futbolçu üçün 100 milyon avro və bonuslar ödəyəcək. Buaddi şəxsi müqaviləsinin şərtləri ilə bağlı hələ iyul ayında “Mançester Siti” ilə razılığa gəlib.

Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Lill”in heyətində bütün turnirlərdə 42 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Buaddi Mərakeş millisinin heyətində 2026-cı il dünya çempionatında da iştirak edib. O, turnirdə 5 matçda forma geyinib. Mərakeş millisi 1/4 finalda Fransaya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner