“Sevindirici məqam odur ki, futbolçularımız çox istəkli idi. Həm də sürətli oyuna üstünlük verirdilər. Ancaq bununla iş bitmir, futbol oynamaq lazımdır. Komandamız topu özündə saxlaya bilmirdi. Bu, rəqibin güclü təzyiqindən irəli gəlirdi. Topa nəzarət etmədikcə müdafiədə səhvlər baş verir. Bunun nəticəsidir ki, kobud səhvlərdən qapımızda iki qol gördük. Ümumilikdə komandamız pis təsir bağışlamadı”.
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov milli komandamızın ABŞ-la keçirdiyi yoldaşlıq oyunu (0:2) haqda danışarkən deyib.
Yığmamızın sabiq baş məşqçisi ABŞ-a məğubiyyəti komandamızda olan müəyyən çatışmazlıqlarla əlaqəıəndirib. O, millimizdən məzmunlu oyun gözləməyin hələlik tez olduğunu qeyd edib: “İlk növbədə oyunumuzu təkmilləşdirməliyik. Bundan sonra məzmunlu oyundan danışmaq olar. Oyunu təkmiləşdirmək orta xəttin üzərinə düşür. Bu gün komandamızın orta xəttində lider, stabil çıxış edən oyunçu yoxdur. Fikir verin, Foqts Maksim Medvedyevi orta xətdə sınayır. Maksim bu mövqedə oynaya bimir axı. Əsasən ikinci hissənin ortalarından sonra komandamızda müəyyən problemlər özünü göstərir. Bunların olmaması üçün hücumçularımız da top saxlamağı bacarmalıdır”.
Komandamızın kobud səhvlərdən qollar buraxmasına da münasibət bildirən Mircavadov bunu Rəşad Sadıqovun yoxluğu və futbolçuların həyəcanlı olması ilə bağlayıb: “ Komandamızda həyəcan varı idil. İlk qolda qapımız qarşısında qarışıqlıq yarandı. Topu uzaqlaşdırmaq lazım idi. Ancaq gənc müdafiəçilərimizin bunu bacarmadı. Səbəbi isə odur ki, futbolçuları sakitləşdirə biləcək lider oyunçumuz yox idi. Müdafiənin lideri olmalıdır. Rəşad Sadıqovun yoxluğunda digər təcrübəli futbolçularımız komandanı sakit oynama səsləməli idi. Rəşad daima milli komandada oynamayacaq. Gərək futbolçularımız onun yoxluğunu hiss etdirməsinlər. Ümumiyyətlə komandamıza lider oyunçu lazımdır”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı