“Çempionatın əvvəlindən bütün oyunlar gərginliyi ilə seçilməyə başladı. Heç kim hansı komandanın çempion olacağını və ya avrokuboklarda iştirak edəcəyini deyə bilməzdi. Komandaların hər biri iddialı görünürdü”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Turan” klubunun sabiq baş məşqçisi Əfqan Talıbov Premyer Liqamızın başa çatan 2013/14 mövsümünü dəyərləndirərkən deyib.
Hazırda işsiz olan təcrübəli mütəxəssis müəyyən komandalarımızın mövsüm ərzində göstərdiyi oyunu və tutduğu yeri qiymətləndirib:
“Qarabağ”ın çempionluğuna heç cür kölgə salmaq mümkün deyil. Çünki mövsüm ərzində Qurban Qurbanovun komandasının gözlənilməz məğlubiyyət və heç-heçələri, gözlənilən qələbələri oldu. Çempionat ərzində hamımız gördük ki, “Qarabağ” bir ailə kimi formalaşmış komandadır. Heç bir problemlərini qırağa çıxarmadılar. Sakit tərzdə çətinlikləri aradan qaldırdılar. Sonda da arzularına çatdılar. İndi onları Çempionlar Liqasında çox ağır oyunlar gözləyir.
Əfsuslar olsun ki, “Xəzər Lənkəran” həm çempionatımıza, həm də özünə müəyyən dərəcədə zərbə vurdu. Biz “Xəzər Lənkəran”ın gözəl oyununa, güclü azarkeş dəstəyinə öyrənmişdik. Ancaq bu dəfə onlar çempionata rəng qata bilmədi.
“Neftçi”nin “Xəzər Lənkəran”la səfər oyunu bu komandanı çempionluqdan etdi. Həmin görüşdən sonra “Neftçi”də böyük oyunçu problemi yarandı. Komandanın ehtiyat qüvvəsi isə kifayət etmədi.
“İnter” güclü baş məşqçisinin sayəsində gümüş medallara sahib oldu. Artıq Kaxabaer Sxadadze bizim futbolumuzun bütün sirlərinə bələddir. Bütün iş üslubumuzu öyrənib. Ancaq "İnter" ikinci yeri tutacağını özü də gözləmirdi".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı