Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.Az saytına müsahibəsində Premyer Liqamızda 2013/14 mövsümünü dəyərləndirib.
- Başa çatan mövsüm haqda fikirlərinizi bilmək istərdik.
- Çempionat gərgin keçdi. "Qarabağ" 21 ildən sonra çempion oldu. "Qəbələ" ilk dəfə medal qazandı. Çempionatın səviyyəsi xeyli yüksəlib. Bu, tək mənim fikrim deyil. Bütün futbol ictimaiyyəti təsdiqləyər ki, getdikcə daha maraqlı və gərgin çempionatın şahidi oluruq. Bunları PFL-in prezidenti olduğum üçün demirəm. Özünüz də görürsünüz ki, klublarımıza adlı-sanlı məşqçilər dəvət olundular. Əgər çempionatımız səviyyəli olmasaydı, bu məşqçilər gəlməzdilər.
- Cari Premyer Liqanı ötən mövsümlə necə müqayisə edərdiniz?
- Demək olmaz ki, ötən mövsüm maraqsız keçdi. Həmin vaxt da komandalar öz layiqli yerlərini tutdular. Ötən il də çempion mövsmün sonuna iki tur qalmış bəlli olmuşdu. Ümumiyyətlə, Rövnəq Abdullayev AFFA-ya rəhbərlik edəndən sonra çempionat maraqlı və gərgin keçir. Komandalarımız da artıq Avropada sözlərini deməyə başlayıblar. Bu il də klublarımız bizi avrokuboklarda layiqli təmsil etsələr, çempionatın səviyyəsindən danışmağa haqqımız var.
- Komandaların yekun sıralanması haqda nə demək olar?
- Sıralanma ədalətlidir. Futbolda hər bir nəticəyə hazır olmaq lazımdır. "Neftçi" ardıcıl üç ilçempion olmaqla öz sözünü deyib, Avroliqanın qrup mərhələsinə düşməklə digər komandalarımıza stimul yaradıb. Bu dəfə digər komandalarımız bizi sevindirməldir. Məncə, "İnter"in də Avropada uğur qazanmaq vaxtı çatıb. Komandalarımıza əsas qiyməti avrokuboklardakı çıxışlarından sonra verəcəyik.
- "Bakı" və "Xəzər Lənkəran" kimi iddialı klublar avrokuboklara vəsiqə qazana bilmədi, "Neftçi" medalçılar sırasına düşə bilmədi...
- Mənim üçün elə "Rəvan"ın elitanı tərk etməsi də gözlənilməz oldu. Amma bir komanda mütləq güclülər dəstəsindən getməli idi. Sözsüz ki, yaxşı sponsorları olan "Bakı" və "Xəzər Lənkəran"ın bugünkü nəticəsi gözlənilməz oldu. Onların avrokubokara vəsiqə qazanmaması bizi də narahat etdi. Ancaq hər iki komanda vaxtilə öz sözləri deyib. Hələ heç nə bitməyib. Yəqin ki, həmin klublar özləri üçün nəticə çıxaracaq və biz gələn mövsüm daha iddialı "Bakı" və "Xəzər Lənkəran" görəcəyik.
- Gələn mövsüm Premyer Liqamızda 10 komandanın mübarizə aparacağı dəqiqləşib?
- Bəli, bugünkü reqlamentə görə, 10 komanda olmalıdır. Ancaq istərdim ki, Premyer Liqamızda 18-20 komanda olsun. Bəzən deyirlər ki, niyə komandaların sayı azdır? Klubu öhdəsinə götürən sponsor yoxdursa, neyləyə bilərik? Dəfələrlə demişəm ki, komandaların sayının çox olmasının tərəfdarıyam. Ancaq bu komandalara dəstək verən olmalıdır ki, Premyer Liqada çıxış edə bilsinlər.
- Reqlamentdə dəyişiklik gözlənilir?
- Bu gün üçün gözlənilmir.
- Gələn mövsüm çempionat oyunlarının yayım hüququ ilə bağlı məsələ nə yerdədir?
- Əvvəlki müsahibələrimin birində oyunların yayım hüququnu almaq istəyən bir xarici şirkətin bizə müraciət etdiyini demişdim. Hələlik danışıqlarımız davam edir. Kubokun final oyununu gözləyirik. Ondan sonra razılığa gələcəyik.
Ramiq AĞAMƏMMƏDOV
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək